booked.netbooked.net booked.net  

İyun ayının 16-dan etibarən daşınmaz əmlak üzərində ipoteka hüququnu təsdiq edən ipoteka kağızının tərtibi və qeydiyyata alınmasının elektron şəkildə həyata keçirilməsinə başlanılıb.

TEZADLAR.AZ xəbər verir ki, bu işlər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin İpoteka Kağızının Elektron Sistemi vasitəsilə reallaşdırılır. Məqsəd elektron xidmətlərin tətbiqini genişləndirərək əlçatanlığı və operativliyi təmin etmək, vətəndaş məmnunluğunu artırmaq, məmur-vətəndaş ünsiyyətini minimuma endirməkdir.

Bu istiqamətdə görülən tədbirlər Azərbaycan Respublikası Prezidentinin “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 4 dekabr 2018-ci il tarixli Fərmanına uyğun olaraq aparılır.

Qeyd edək ki, əvvəllər bu sənədlər yalnız kağız daşıyıcıda tərtib edilirdi və Mərkəzi Bank tərəfindən kağız daşıyıcıda qeydiyyata alınırdı. Artıq yeni sistem daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının ipoteka qoyanlar tərəfindən tərtib edilməsi, həmin kağızın ipoteka saxlayanların adına qeydiyyata alınması, habelə ipoteka kağızına xitam verilməsi ilə bağlı müvafiq əməliyyatları elektron formada aparmağa imkan verir.

Yuxarıda adıçəkilən əməliyyatların tam elektronlaşdırılması ölkəmizdə kredit, ipoteka və daşınmaz əmlak bazarının inkişafına, bu sahələrdə şəffaflığın və etibarlılığın artmasına töhfə verəcək.

Qeyd edək ki, istifadəçilər e-emlak.gov.az saytına daxil olaraq İpoteka Kağızının Elektron Sisteminə keçid edə bilərlər (https://ikes.emlak.gov.az/).

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN