Qonşu Gürcüstanda cari ilin 8 ayı ərzində turizmdən əldə olunan gəlir 1,6 milyard ABŞ dolları təşkil edib.

Bu barədə ölkənin baş naziri İrakli Qaribaşvili bildirib.

Baş nazirin sözlərinə görə, cari ildə turizmdən əldə olunan gəlir 1,6 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 3 dəfə çoxdur.

O, həmçinin qeyd edib ki, ilin birinci rübündə birbaşa xarici investisiyaların həcmi 922 milyon ABŞ dolları təşkil edib, bu da ötən ilin müvafiq göstəricisindən 2 dəfə çoxdur.

Qeyd edək ki, Gürcüstanın Milli Bankının hesabatına görə, Azərbaycan vətəndaşları da bu ölkəyə turist kimi xeyir verənlər sırasındadırlar.

Məsələn, təkcə yanvar-aprel aylarında Azərbaycandan olan turistlər Gürcüstana 22,9 milyon ABŞ dolları qazandırıb.

Görünən budur ki, gürcülər artıq bu sahəni yaxşı oyrənib və ölkəyə turist cəlb etmək üçün cəlbedici qiymətlər təklif edə bilirlər.

 

 JASMİN