booked.netbooked.net booked.net  

 Gürcüstan Milli Turizm Administrasiyasının məlumatına görə, 2022-ci ilin avqustunda Rusiyadan Gürcüstana gələnlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5 dəfə artıb.

Cari ilin avqustunda Gürcüstana 213 261, 2021-ci ilin eyni dövründə isə 39 909 rusiyalı səfər edib. İl ərzində  Rusiyadan gələnlərin sayı  434,4% artıb.

Bundan əlavə, 2022-ci ilin avqustunda Gürcüstana səfər edən rusların sayı 207 899 rusiyalının ölkəyə səfər etdiyi 2019-cu ilin pandemiyadan əvvəlki avqust ayını ötüb.

Avqustda Gürcüstana ən çox Rusiyadan ziyarətçi axını olub.

Xatırladaq ki, bu günlərdə Gürcüstanın baş naziri İrakli Qaribaşvili də turizmin inkişafından bəhs edərkən, ölkəsinin cari ilin 8 ayı ərzində turizmdən əldə olunan gəlirlərinin 1,6 milyard ABŞ dolları təşkil etdiyini açıqlamışdı.

O, qeyd etmişdi ki, bu rəqəm ötən ilin analoji göstəricisindən 3 dəfə çoxdur.

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN