booked.netbooked.net booked.net  

Gürcüstan əhalisinin 92%-i demokratik ölkədə yaşamaq istədiyini açıqlayıb.

 TEZADLAR.AZ xəbər verir ki, bu barədə “Milli-Demokratiya İnstitutu” (NDI) və “Qafqaz Tədqiqat Resurs Mərkəzi”nin (CRRC) keçirdikləri sorğunun nəticəsində bildirilir. Məlumata əsasən, rəyi soruşulanlar demokratik ölkə anlayışında ifadə azadlığını, qanunun aliliyini, qanun qarşısında bərabərliyi, insanın əsas hüquq və azadlıqlarını nəzərdə tutduqlarını açıqlayıblar. Ölkənin nə dərəcədə demokratik olduğuna gəldikdə isə respondentlərin 62%-i Gürcüstanı demokratik ölkə hesab etmədiyini, 30%-i isə ölkənin demokratik olduğunu açıqlayıb. Statistikaya əsasən, ölkənin demoktatik olmadığını düşünən vətəndaşların faiz göstəricisi 2010-cu ildən bu günədək müqayisədə ən yüksək, Gürcüstanı demokratik hesab edənlərin göstəricisi isə ən aşağı həddədir.

24News.ge

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN