Oktyabrın ilk günlərində hava şəraitinin mülayim keçəcəyi gözlənilir.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, temperatur göstəriciləri əhali üçün komfort sayılan diapazonda, Bakıda 26-28, Aran bölgələrində isə 33 dərəcəyədək isti olacaq. Mülayim şərq küləyi əsəcək, oktyabrın 3-də küləyin sürətinin gündüz arabir 15-17 metr/saniyə olacağı proqnozlaşdırılır.