booked.netbooked.net booked.net  

Qazaxıstan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Tamara Duysenova bildirib ki, sentyabr ayından bəri yalnız 100 minə yaxın rusiyalı ölkədə qalıb.

“Hər gün mübadilə etdiyimiz əməliyyat məlumatlarına görə, 400 mindən bir qədər çox rusiyalı gəlib, 320 mindən bir qədər çoxu gedbi və 100 minə yaxın rusiyalı isə hələ buradadır”, - deyə nazir açıqlayıb.

Qazaxıstana hər gün gələn Rusiya vətəndaşlarının sayının əvvəlki normal səviyyəyə qayıtması faktını əvvəllər respublikanın baş naziri Əlixan Smailov bildirmişdi. O, qeyd etmişdi ki, bu ilin oktyabrında sentyabr ayı ilə müqayisədə Rusiyaya gələnlərin sayı 65% azalıb, gündəlik mənfi saldo isə orta hesabla 1,6 min nəfər təşkil edib.

Sentyabrın sonunda Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev “son vaxtlar respublikaya Rusiyadan çoxlu adamlar gəldiyini” bildirərək, Qazaxıstanın məsələni öz maraqları çərçivəsində həll edəcəyi mesajını vermişdi. Respublikanın Xarici İşlər Nazirliyi də  bildirib ki, Qazaxıstan və Rusiya aidiyyatı qurumları səviyyəsində miqrasiya məsələləri üzrə danışıqlar aparır.

Xatırladaq ki,  Rusiya prezidenti Vladimir Putin 2022-ci il sentyabrın 21-dən ölkədə qismən səfərbərlik elan etmişdi.

Və səfərbərlikdən yayınmaq istəyən rusiyalıların vizasız ölkələrə, o cümlədən Qazaxıstana da axını artmışdı.

O zaman bildirilirdi ki, Rusiya tərəfi səfərbərlikdən yayınaraq qonşu ölkələrə üz tutan şəxslər barədə fərariliklə bağlı cinayət işi açacaq və onların getdikləri ölkədən ekstradisiya olunmasını həyata keçirəcəklər.

Lakin Qazaxıstan Respublikasının daxili işlər naziri Marat Axmetjanov bildirmişdi ki, “Mən səfərbərlikdən yox, qeydiyyata alınan, sanksiyalaşdırılan və onların iştirakçıları beynəlxalq axtarışa verilən cinayətlərdən danışıram. Əgər hərbi komissarlıq axtarırsa, deməli, bu, onların ekstradisiyası üçün hüquqi əsas deyil”.

DİN rəhbəri qeyd etmişdi ki, hüquqi yardımın göstərilməsi, məhkumların dəyişdirilməsi və cinayətkarların ekstradisiyası proseduru var və şəxslər cinayət əməllərinə görə beynəlxalq axtarışa verildiyi təqdirdə, Qazaxıstan onları müəyyən edib Rusiya Federasiyasına ekstradisiya edəcək.

O, vurğulayıb ki, səfərbərlikdən yayınma, fərariliyə görə cinayət işi başlandıqda şəxs beynəlxalq axtarışa verilir və bu əməl Qazaxıstanda da cinayət sayılır.

“Pozucuya qaçqın statusu verilmədikdə və şəxsin ekstradisiyasını məhdudlaşdıran bir sıra istisnalar olmadıqda, onu sorğu edilən tərəfə təhvil verməyə borcluyuq”, -deyə nazir açıqlamışdı.

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN