Cənubi Koreya parlamenti yaşın hesablanması sistemini - "Koreya yaşı" adlandırılanan sistemi ləğv edən qanun qəbul edib.

Qanuna əsasən, sistem rəsmi sənədlərdə 2023-cü ilin iyun ayından etibarən ləğv edilir və bütün instansiyalar standart beynəlxalq standarta keçir.

Bu barədə Bi-bi-si məlumat yayıb.

Hakim “Xalq Hakimiyyəti Partiyası”nın sözçüsü Yu San- Bom bildirib ki, hesablama sistemlərində qarışıqlıq səbəbindən bir çox hüquqi və ictimai mübahisələr yarandığı üçün yenidən baxılma sosial-iqtisadi xərclərin azaldılması məqsədi daşıyır.

İndiyədək ölkədə əhalinin yaşının hesablanmasının ən çox yayılmış “Koreya yaşı” adlandırılan üsul olub ki, bu zaman insanın doğulduğu anda 1 il qeyd edilir, sonra isə illər Yeni ilin hər ilk günündə əlavə olunurdu (başqa ölkələrdə olduğu kimi ad günündə deyil).

Belə olan halda ölkənin əhalisi cavanlaşacaq...

 Cənubi Koreyada da istifadə edilən başqa bir üsulda yeni doğulmuş uşağa sıfır yaş verilir və 1 yanvarda həyatın ilk ili əlavə edilir. 

 Bu üsul, əsasən, spirtli içki içmək və siqaret almaq üçün icazə verilən yaşı müəyyən etmək üçün istifadə olunur.

 Eyni zamanda, standart beynəlxalq sistem - doğum zamanı sıfır il qeyd edildiyi və hər sonrakı doğum günündə illərin əlavə edildiyi - 1960-cı ildən Cənubi Koreyada tibbi və hüquqi məqsədlər üçün istifadə olunur.

 Beləliklə, 31 dekabr 2002-ci ildə anadan olan Cənubi Koreyalı 2022-ci il dekabrın 8-nə kimi beynəlxalq sistemə görə -19, Cənubi Koreyada mövcud olan iki sistemə görə isə 20 və ya 21 yaşında olacaq.

"İnsanlar bir-iki yaş kiçik olduqlarını aşkar etdikdə, bu, cəmiyyətə müsbət təsir göstərəcək", - deyə Cənubi Koreyanın qanunvericilik nazirliyinin rəhbəri Li Vanq Gyu bildirib.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA