Əfqanıstan Özbəkistanı elektrik enerjisi ilə bağlı şərtlərə əməl etməyə çağırıb - Kabildə elektrik enerjisi gündə bir saat verilir...

Əfqanıstanın xarici işlər naziri Əmir Xan Müttəki bazar günü Özbəkistanı Kabil və Daşkənd arasında bağlanmış elektrik enerjisi təchizatına riayət etməyə çağırıb.

 Bu barədə TOLOnews xəbər yayıb.

Bildirilir ki, Kabil sakinləri son həftələr şiddətli şaxtalar şəraitində elektrik enerjisində fasilələrlə üzləşiblər. Onların sözlərinə görə, elektrik enerjisi gündə yalnız bir neçə saat işə düşür.

 “Da Afghanistan Breshna Sherkat” problemin həlli üçün səy göstərdiyini bildirib.

Xatırladaq ki, Əfqanıstan elektrik enerjisini Özbəkistan, Türkmənistan, Tacikistan və İrandan idxal edir.

2019-cu ilin sentyabr ayında Özbəkistanın Milli Elektrik Şəbəkələri “Da Afghanistan Breshna Sherkat” şirkəti ilə 10 il müddətinə elektrik enerjisinin tədarükünə dair müqavilə bağlayıb. Özbəkistan 2002-ci ildən Əfqanıstana müntəzəm elektrik enerjisi verir. Bu müddət ərzində tədarükün həcmi 2019-cu ildə 62 milyon kilovatsaatdan 2,6 milyard kilovatsaata yaxın artıb. Əvvəllər tədarük müqavilələri illik əsasda bağlanırdı. 

***

Qeyd edək ki, artıq Özbəkistan tərəf də Əfqanıstana elektrik enerjisi ixracının dayandırıldığını etiraf edib və yanvarın 25-dən etibarən enerji təchizatını bərpa etməyi planlaşdırdığını açıqlayıb.

Bu barədə ölkənin Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirliyin məlumatına görə, yanvarın 14-də havanın kəskin soyuması nəticəsində ölkəni elektrik enerjisi istehsalının 85%-ni bu yanacaq növü ilə işləyən və elektrik enerjisi istehsalının 90%-ni təmin edən İstilik Elektrik Stansiyalarının (İES) qaz təchizatında problemlər yaranıb.

Qurum açıqlayıb ki, yanacaq çatışmazlığı və müxtəlif nasazlıqlar nəticəsində, həmçinin Özbəkistanda istehlakçıların dayanıqlı enerji təchizatını təmin etmək məqsədilə Əfqanıstana tədarük müvəqqəti olaraq dayandırılıb.

Vurğulanıb ki, “Da Afghanistan Breshna Sherkat” (DABS) enerji şirkəti fors-major vəziyyətlə bağlı xəbərdar edilib.

 

JASMİN