booked.netbooked.net booked.net  

Türkiyədən humanitar yardım daşıyan yeddinci qatar Əfqanıstanın Herat vilayətinə çatıb.

Ərzaq, ayaqqabı, paltar, xalça, ədyal, hərəkət qabiliyyəti məhdud insanlar üçün avadanlıq və məişət texnikasından ibarət humanitar yük Fövqəladə Halların Qarşısının Alınması və Aradan Qaldırılması Qurumunun (AFAD) dəstəyi ilə “Yaxşılıq Qatarı” kampaniyası çərçivəsində formalaşdırılıb.

Türkiyənin ANADOLU xəbər agentliyi xəbər verir ki, bu humanitar dəstək türk QHT-lərinin iştirakı və  Türkiyə Hökuməti yanında Fövqəladə Halların Qarşısının Alınması və  Aradan Qaldırılması Qurumu (AFAD) ilə birgə göndərilib.

Qatar Əfqanıstanın şimalına 500 tondan çox humanitar yardım gətirib və bu yardım ölkənin müxtəlif bölgələrində ehtiyacı olan ailələr, ilk növbədə məcburi köçkünlər arasında paylanacaq.

Qeyd edək ki, Türkiyə daima Əfqanıstana humanitar dəstək göstərib.

Onu da xatırladaq ki, hazırda Əfqanıstan hakimiyyətini “Taliban” təmsil edir. Onların bu gəlişi 2021-ci il avqustun 15-də paytaxt Kabili ələ keçirdikdən sonra baş tutdu.

İlk dəfə isə 1996-cı ildə Əfqanıstan ərazisinin böyük bir  hissəsi “Taliban” qruplaşması tərəfindən ələ keçirildi ki, nəticədə dövlət 5 ilə yaxın müddət ərzində Əfqanıstan İslam Əmirliyi adlı totalitar rejimin idarəçiliyinə keçdi. Həmin dövrdə də ölkəni “şəriət qanunları” ilə idarə edən taliblər ağlasığmaz qadağaları və "qanunları" ilə yaddaşlarda qaldı...

Təəssüf ki, indiki gəlişləri də əvvəlkindən bir o qədər də fərqlənmir - insanlar evsiz-eşiksiz qalıb, səfalətə sürüklənib, qadınların ali təhsil alması yasaqlanıb və s.

 

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN