booked.netbooked.net booked.net  

“Özbəkneftqaz” şirkəti Buxara neft emalı zavodunun gücünü artırmaq üçün bu il Türkmənistanın “Petronas Çarigali” şirkətindən neft almağı planlaşdırır.

Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Bu məsələ Daşkənddə “Özbəkneftqaz”ın rəhbərliyi ilə “Petronas Çarigali”nin nümayəndə heyəti arasında keçirilən görüşdə müzakirə olunub. Tərəflər təchizat proqramını birgə hazırlamaq barədə razılığa gəliblər.

“Petronas Çarigali” Xəzər dənizinin Türkmənistan şelfində neft və qaz hasilatı üzrə operatorlardan biridir. Malayziyanın “Petronas” neft-qaz şirkətinin törəmə şirkətidir.

***

Qeyd edək ki, Özbəkistan Respublikası ötən il “Sanoat Energetika Guruhi” (SEG) “Kontiki-Exploration” şirkəti ilə birlikdə Zərəfşan çökəkliyində (Navoi rayonu) ölkənin ən böyük ultra-özlü neft və bitum yatağı olan “Yangi Özbəkistan”ı kəşf edib.

 Ölkənini Energetika Nazirliyinin  məlumatına görə, bitumlu neft ehtiyatları təxminən 100 milyon ton qiymətləndirilir. Maksimum illik hasilat səviyyəsi 2025-ci ilə qədər 1 milyon ton səviyyəsində proqnozlaşdırılır ki, bunun üçün də ildə 1500 quyunun qazılması planlaşdırılır. Növbəti 12 il ərzində inkişafa investisiya qoyuluşu 2,5 milyard dollar həcmində qiymətləndirilib.

İlk kəşfiyyat quyusunun qazılmasına 2021-ci ilin mayında başlanılıb.

Xatırladaq ki, Özbəkistanın öz hasilatı 2021-ci ildə 2,7 milyon ton neft təşkil edib.

2019-cu ildə respublikanın hökuməti 2020-2030-cu illərdə neft hasilatının artırılması proqramını təsdiqləyib və ona əsasən, Jizzakh-a 105 yataq üçün lisenziya verilib. Zəruri investisiyalar 2,7 milyard dollar həcmində qiymətləndirilmişdir ki, bu da neft ehtiyatlarının 6,4 milyon ton, qazın 46 milyard kubmetr, hasilatın isə ildə 2 milyon ton neft və 1 milyard kubmetrə çatdırılmasını təmin etməlidir.

 

JASMİN

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN