booked.netbooked.net booked.net  

Katolik kilsəsinin rəhbəri açıq şəkildə LGBT-ni dəstəklədi...

Pontifikə görə, eynicinsli münasibətlər günah olsa da, bir-birinə mərhəmət göstərməmək daha böyük günahdır.

Papa Fransisk açıq şəkildə LGBT icmasını dəstəkləyib və eynicinsli münasibətləri cinayət hesab edən qanunları tənqid edib.

Beləki, katolik kilsəsinin rəhbəri “The Associated Press”ə müsahibəsində homoseksual olmağın cinayət olmadığını vurğulayıb. O, cəmiyyətdə mərhəmətin olmamasının da günah olduğunu bildirib.

"Homoseksual olmaq cinayət deyil. Bu, cinayət deyil, bəli, amma günahdır. Yaxşı, amma əvvəlcə günahla cinayəti ayırd etmək lazımdır. Həmçinin bir-birinə mərhəmət göstərməmək də günahdır”, - deyə vurğulayıb.

Papa qeyd edib ki, katolik kilsəsinin bəzi yepiskopları hazırda LGBT münasibətlərinin kriminallaşdırılmasını və nüfuzdan salınmasını dəstəkləyir. O, bu fikri pisləyib və xatırladıb ki, “Allah bizi olduğumuz kimi sevir”.

Xatırladaq ki, bir çox ölkələr var ki, belə şəxslərin evlənməsinə qanuni şəkildə icazə verib. Belə halların yolverilməz olduğuna, həm də günah olması ilə bağlı maarifləndirmə aparılması istiqamətində din xadimlərinin də üzərinə böyük iş düşür. Lakin Roma Papasının bu cür açıqlamasından sonra... Yəqin ki, katolik kilsəsinin rəhbərinin cavabını elə din adamları da verməlidir.

Y.MƏMMƏDLİ

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN