Məşhur Hollivud aktrisası Ancelina Coli özünə məxsus olan qadınlara qarşı zorakılıqla mübarizə xeyriyyə fondunu bağladığını elan edib.

Britaniyanın məşhur “Daily Mail” qəzetinin yazdığına görə, Ancelina bu qərarı maliyyə çətinlikləri səbəbindən verib.

Qeyd edək ki, fond 2015-ci ildə Ancelina Coli və Britaniyanın keçmiş Mühafizəkarlar Partiyasının lideri Uilyam Heyq tərəfindən yaradılıb. Aktrisa mövcud olduğu müddət ərzində təşkilata 1,7 milyon funt sterlinqdən çox sərmayə qoyub. Lakin hazırda fondun hesabında cəmi 52 min funt-sterlinq qalıb.

  Nəşr eyni zamanda, kreditorlara olan borcun da 1,5 min funt sterlinq olduğunu bildirir.  Həmçinin daha əvvəl Ancelina Coli BMT-nin Qaçqınlar üzrə xoşməramlı səfiri olmaqdan çıxıb. O, təşkilatdan kənarda qaçqınlara yardım etməyə davam etmək istədiyini bildirdi.

"BMT sistemində 20 ildən sonra mən hiss edirəm ki, mənim üçün fərqli işləmək, qaçqınlarla və yerli təşkilatlarla birbaşa əlaqə qurmaq vaxtıdır", - deyə bildirib.

coli-yashli-qadn

Xatırladaq ki, Ancelina Coli 4 iyun 1975-ci ildə  ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində doğulub. Məşhur ABŞ aktyoru Con Voyt və yarı fransız, yarı kanadalı aktrisa Marşelin Bertranın qızıdır. Özündən böyük Ceyms Heyven Voyt adlı qardaşı var. Onun soyadı "Coli" fransız dilində "yaxşı", "gözəl" anlamını verir. Lakin aktrisa özü fransız dilini bilmir.

Ancelina Colinin valideynləri 1976-cı ildə ayrılır. Ancelina və onun qardaşı anası ilə Nyu-Yorka köçürlər. Bir il sonra atası Oskar mükafatına layiq görülür. Anası isə uşaqlarını tərbiyə etmək üçün karyerasından imtina edir, tez-tez uşaqlarını kinoteatra aparır və bütün vaxtını onlarla keçirir. Elə bu dövrdə kiçik Ancelinada kinoya maraq yaranır. 11 yaşı tamam olduqda onlar yenidən Los-Ancelesə qayıdırlar. Burada Ancelina Strasberq adına kino məktəbinə daxil olur. Daha sonra Beverli Hills liseyində təhsil alır. 14 yaşında model işləməyə başlayır. Lenni Krevits, Rolling Stones və Meat Loaf kimi əfsanələşən qrup və sənətçilərin kliplərində çəkilir. 16 yaşında yenidən teatra qayıdır.

Həmin illərdə Colinin qardaşı kino məktəbinə daxil olur və eksperiment üçün bir neçə uğursuz film çəkir. Bu filmlərdə Ancelina da rol alır. Bu ona tanınmağa kömək etmir. Daha sonra "Kibor 2" adlı filmdə rol alsa da bu da ona uğur gətirmir. Lakin "Kiborq"un ardınca çəkildiyi "Hakerlər" filmi ilə o artıq özünü tanıtmağı bacarır. Hətta Nyu-York Tayms  kimi qəzet onun haqqında yazır.

1997-ci ildə çəkilmiş "Corc Volles" filmindəki roluna görə Emmi və Qızıl Qlobus mükafatına sahib olur. 1 il sonra, 1970-ci ildə məşhur model olmuş Cia Karanci haqqında çəkilən "Cia" filmində baş qəhrəmanı canlandırır. Coli yenə də Qızıl Qlobusun sahibi olur, həm də iki il ardıcıl olaraq.

Sonrakı illərdə də Coli filmlərdə yaddaqalan obrazlar yaradır.

Məsələn, onlardan biri - 2005-ci ilin yayında ekrana çıxan "Cənab və Xanım Smit" filmi 480 miyon dollar kassa gəliri yığır. Bu filmdə Ancelina filmdəki əri Con Smitlə sakit və darıxdırıcı ailə həyatı altında profesional qatıl olduğunu gizlədən Ceyn Smit obrazını canlandırır. Con Smit rolunu isə Bred Pitt ifa edir. Dəfələrlə dünyanın ən gözəl və cəlbedici aktyor və aktrisası adını qazanan məşhurlara diqqət çəkilişlər boyu azalmaq bilmir. Və dəfələrlə şayiələr yayılaraq onların görüşdüyü yazılır. Bir az keçmiş deyilənlər doğru olur. Bred Pitt aktrisa Cenifer Enistondan ayrılaraq Ancelina Coli ilə evlənir və onun uşaqlarını övladlığa götürür.

Ancelina Coli və Bred Pittin 6 uşağı var. 3 qız və 3 oğlan. Lakin onlardan yalnız 3-ü doğmadır. Digər 3 uşağı Ancelina kasıb ölkələrdən övladlığa götürüb.

Lakin gözəl cütlük, çoxlarının qibtə etdiyi xoşbəxt ailənin sonu uğurlu olmadı və onlar ayrıldılar.

Və bu gün də dünyada Ancelina Colinin saysız-hesabsız pərəstişkarı var.

 

JASMİN