booked.netbooked.net booked.net  

Bunun bürökratik əngəllərə də son qoyacağı bildirilir.

Özbəkistan və Qırğızıstan vətəndaşları şəxsiyyət vəsiqəsini təqdim etməklə (xarici pasportsuz - red) hər iki ölkənin sərhədindən keçə biləcəklər.

Ölkələr bu barədə Özbəkistan Respublikasının prezidenti Şavkat Mirziyoyevin Bişkek səfəri zamanı razılığa gəliblər. Dəyişikliklərin iki ay ərzində təsdiqlənməsi gözlənilir.

Beləki, Özbəkistan və Qırğızıstan öz vətəndaşları üçün sərhəd keçidini sadələşdirməyə razılaşıblar.

Vətəndaşların qarşılıqlı səfərləri haqqında 2006-cı ilin oktyabrında imzalanmış hökumətlərarası sazişə müvafiq əlavə və dəyişikliklər edilir. Bu sənədə dəyişikliklərlə bağlı protokolların mübadiləsi Şavkat Mirziyoyevin yanvarın 27-də Bişkekə səfəri zamanı baş tutub.

İndi Özbəkistanın bütün vətəndaşları Qırğızıstana pasport təqdim etmədən şəxsiyyət vəsiqəsi ilə daxil ola biləcəklər. Qırğızıstan vətəndaşlarına da Özbəkistana daxil olarkən oxşar prosedur tətbiq olunacaq.

Sərhədi keçən vətəndaşlar haqqında məlumatlar elektron qaydada qeydə alınacağından pasportlara möhür vurmağa ehtiyac qalmayacaq.

Bu prosedur sərhədi istənilən nəqliyyat vasitəsi ilə - təyyarə, qatar, avtomobil, avtobusla keçərkən tətbiq olunacaq və hər iki ölkə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcək. Bunun təxminən iki ay çəkə biləcəyi gözlənilir. UzA-nın məlumatına görə, bu, Özbəkistanın eksklavları olan Sox, Şahimərdan, Çunqara rayonlarında yaşayan sakinlərin həyatını asanlaşdıracaq, həmçinin “sərhəddən keçərkən bürokratiyaya son qoyacaq”.

Həmçinin Qırğızıstan Özbəkistanın şəxsiyyət vəsiqələrindən istifadə etməklə sərhədi keçmə qaydasını müəyyən etdiyi ilk ölkə olub.

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN