Politico: ABŞ Ukrayna ordusunu sürətlə yaz əks-hücumuna hazırlayır.

Məlumata görə, Ukraynanın may ayının sonunda əks-hücumu reallaşdıracağı gözlənilir. Kiyevin döyüş meydanındakı strategiyasından asılı olmayaraq, ABŞ Ukrayna əsgərlərinin döyüşü davam etdirmək üçün lazım olan silahlara malik olmasını istəyir.

Yüzlərlə Qərb tankı və zirehli texnikası, o cümlədən ilk dəfə olaraq körpü qura bilən və qoşunların çaylardan keçməsinə imkan verən səkkiz zirehli texnika hücum əməliyyatları üçün Ukraynaya doğru yön alıb.

Adının açıqlanmasını istəməyən ABŞ rəsmilərindən birinin bildirdiyinə görə, dörd-beş ay əvvəl aldığı yardım paketləri  (hansı ki, ABŞ vermişdi) Ukraynanın bu əks-hücumu gerçəkləşdirmək üçün ehtiyac duyduqlarına yönəldilmişdi.

Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərman imzaladı. Fevralın 24-də isə Moskva vaxtı ilə səhər saat 5:30-da Donbassda “xüsusi əməliyyat”ın başladığını elan etdi. O, bu addımı RF-nin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcəyi ilə əsaslandırdı.

Həmçinin Rusiya prezidenti Vladimir Putin bir müddət əvvəl Ukraynanın Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin rəsmi ilhaqını elan edib və onların Rusiya Federasiyasının dörd yeni regionu olduğunu bildirib.

Müharibə isə 1 çoxdur ki, davam edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifi və vasitəçiliyi ilə dəfələrlə xeyirxah addım atılmış və tərəflərin nümayəndə heyətləri bir araya gətirilmişdir. Müəyyən məsələlərdə razılıq əldə olunsa da, təəssüf ki, sülh barədə razılıq əldə olunmamışdır.

Beləliklə, Rusiyanın Ukraynaya hücumundan sonra Qərb, Aİ Rusiyanı geri çəkilməyə məcbur etmək üçün 10 ağır sanksiyalar paketini işə salıb.

Lakin bu sanksiyalar paketləri də Rusiyanı geri çəkilməyə məcbur edə bilməyib...

 

JASMİN