"İsveç və Finlandiyanın NATO-ya üzvlük üçün müraciətləri hələlik bütün üzvlər tərəfindən təsdiqlənməsə də, hərbi inteqrasiya prosesi davam edir".

TEZADLAR.AZ xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq NATO-nun mənzil qərargahında keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarına cavabən deyib.

İsveç və Finlandiyanın NATO-ya üzvlük proseslərindən danışan Stoltenberq hər iki ölkənin Türkiyenin qanuni təhlükəsizlik problemlərini müzakirə etdiyini və iyunun 28-də Madrid Zirvə toplantısında imzalanan Üçtərəfli Memorandumun tələblərini yerinə yetirdiyini bildirib.

“Türkiyə Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqləməyə hazırdır” deyən Stoltenberq bu qərarı alqışladığını və mayın 14-də Türkiyedə keçiriləcək seçkilərdən əvvəl Türkiyə Böyük Millət Məclisinin (TBMM) bağlanmadan təsdiq prosesini gözlədiyini bildirib.

Stoltenberq qeyd edib ki, Macarıstan parlamenti də martın 27-də Finlandiyanın üzvlüklə bağlı səsvermə qərarını alqışlayıb.

Stoltenberq "Ən əhəmiyyətlisi Finlandiya və İsveçin eyni anda üzv olub-olmaması deyil, onların NATO-nun tamhüquqlu üzvü olmasıdır. İsveç də yaxın zamanda tamhüquqlu üzv olana qədər fəaliyyətlərimi davam etdirəcəyəm" deyib.

İsveçin üzv olacağına inandığını bildirən Stoltenberq İsveç və Finlandiyanın NATO toplantılarına dəvətli ölkə kimi qatıldığını və NATO-nun mülki və hərbi infrastrukturuna daha çox inteqrasiya olduqlarını bildirərək deyib ki, bu inteqrasiya prosesi vaxt tələb edir. Hərbi inteqrasiya Türkiye və Macarıstan hələ təsdiqləməsə də, davam edir. Çünki dəvət olunmuş ölkə olmaq NATO-nun hərbi strukturlarına inteqrasiya etmək deməkdir".

TRT