booked.netbooked.net booked.net  

İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini bərpa edir.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Diplomatik nümayəndəlikdən xəbər verilib. 

Beləki səfirlik sabahdan etibarən fəaliyyətini bərpa edəcək.

Xatırladaq ki, bu gün diplomatik nümayəndəlikdən trend-ə məlumat verilmişdi ki, səfirlik fəaliyyətinin dayandırır.

“İsraildəki siyasi gərginliklə əlaqədar olaraq, İsrailin bir sıra ölkələrdə, o cümlədən, Bakıda diplomatik nümayəndəliklərinin fəaliyyətinin dayandırılması qərara alınıb. Növbəti qərar qəbul olunana qədər səfirlik işləməyəcək. Bu, konsulluq xidmətlərinə də aiddir”, - səfirlikdən bildiriblər.

Qeyd edək ki, Baş nazir Benyamin Netanyahu hökumətinin həyata keçirdiyi məhkəmə islahatına qarşı 12-ci həftədir İsraildə və xaricdə minlərlə etiraz aksiyası keçirilir. Etirazçılar deyirlər ki, təklif olunan qanun layihəsi Ali Məhkəmənin əsas qanunların qəbulu prosesinə təsirini məhdudlaşdıracaq, parlamentarilərə bu məhkəmənin qərarlarına etiraz etmək imkanı verəcək və hakimlərin təyin edilməsi proseduruna hökumətə nəzarət edəcək.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN