Bolqarıstan hökuməti Şengen vizası ilə xarici vətəndaşların ölkəyə giriş şərtlərinə yenidən baxıb.

Tezadlar.az xəbər verir ki, bu barədə ATOR məlumat yayıb.

İndi açılmamış birdəfəlik və çoxdəfəlik Şengen vizası, eləcə də Rumıniya, Xorvatiya və Kiprin milli vizası olan səyahətçilər ölkəyə daxil ola bilməzlər. Bolqarıstana daxil olmaq üçün açıq viza lazımdır.

“Bolqarıstan etibarlı çoxdəfəlik Şengen vizası sahibləri üçün vizasız rejim tətbiq edir. Onlar Bolqarıstanın qısamüddətli vizasına ehtiyac olmadan ilk giriş tarixindən etibarən istənilən 180 günlük müddət ərzində 90 gündən çox olmayan müddətə Respublikaya daxil olmaq və yaşamaq hüququna malik olacaqlar”, - deyə Bolqarıstanın ABŞ-dakı səfirliyi məlumat yayıb.

Eyni zamanda vurğulanır ki, belə bir qayda yalnız o şərtlə tətbiq edilir ki, vizanın artıq ən azı bir dəfə Şengen zonası ölkəsinə daxil olması üçün istifadə olunub. Eyni tələb Kipr və ya Rumıniya tərəfindən verilmiş vizalara da şamil olunacaq.

Xatırladaq ki, Bolqarıstan Şengen zonasının bir hissəsi deyil, lakin Şengen, Kipr və ya Rumıniya vizaları ilə ölkəyə girişə icazə verir.

E.ŞİRİNOV