Ölkəsi adına bu şad xəbəri baş nazir açıqlayıb.

Belə ki, Moldovanın  baş naziri Dorin Reçen Buxarestdə keçirilən təhlükəsizlik konfransında bildirib ki, Rusiyanın Ukraynaya müdaxiləsi zamanı Moldovanın Rusiyanın enerji təchizatından 100% asılı olub.

"Moldova artıq Rusiya qazına ehtiyac duymur, o, həm texniki, həm də kommersiya baxımından Avropanın enerji şəbəkəsinə inteqrasiya olunub", - bildirib.

Bundan əlavə, siyasətçi qeyd edib ki, Rusiya işğalı başlayandan Moldova hərbi büdcəsini iki dəfə artırıb.

Y.MƏMMƏDLİ