booked.netbooked.net booked.net  

Ötən il Qazaxıstanda inflyasiyanın səviyyəsi 20,3%, Azərbaycanda isə 13,9% təşkil edib...

Qazaxıstan Respublikasında inflyasiyanın səviyyəsi hədəf dəhlizin yuxarı həddini (8-10%) 10,3 bənd üstələyərək 20,3% təşkil edib. Ərzaq məhsullarının qiymətləri 25,3 faiz, qeyri-ərzaq mallarının qiymətləri 19,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 14,1 faiz artıb.

Bu barədə Qazaxıstan Parlamenti Məclisinin plenar iclasında hökumətin və Ali Hesablama Palatasının 2022-ci il büdcəsinin icrasına dair hesabatında açıqlanıb.

Eyni zamanda, əhalinin real pul gəlirləri 1% azalıb.

2022-ci il üçün respublika büdcəsinə daxilolmalar 16 141 603 166,3 min tenge və ya il üzrə planın 102,1 faizini təşkil edib. 2022-ci il üçün respublika büdcəsinin gəlirləri - 15 963 398 473,1 min tenge və ya 101,9 faiz icra olunub. 2022-ci il üçün respublika büdcəsinə vergi daxilolmaları - 10 026 825 032,7 min tenge və ya 102,1%. 2023-cü il yanvarın 1-nə respublika büdcəsinə borclar 2022-ci il yanvarın 1-i ilə müqayisədə 4,4% azalaraq 430 917 170,2 min tenge təşkil edib.

Respublika büdcəsində büdcə proqramlarının icrası üçün dəqiqləşdirmələr və düzəlişlər nəzərə alınmaqla, kreditlər nəzərə alınmadan 18 795 060 203 min tenge məbləğində xərclər verilmiş, icra 18 532 451 330,3 min tenge və y ail ərzində planın 98,6 faizini təşkil etmişdir.

İcra olunmayanlar 262.608.872.7 min tenge, ondan Hökumətin ehtiyatının bölüşdürülməmiş məbləği 174.930.610.9 min tenge, büdcəyə qənaətin məbləği 6.343.443.2 min tenge, büdcə proqramları üzrə ödənilməmiş vəsaitlərin məbləği 6.343.443,8 min tenge təşkil etmişdir.

***

Rəsmi statistikaya əsasən Azərbaycanda ötən il ərzaq məhsulları 19,5% bahalaşıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkəmizdə 2023-cü ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2022-ci ilin yanvar-aprel aylarına nisbətən 13,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 16,6 faiz, qeyri-ərzaq məhsulları üzrə 11,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,7 faiz artıb.

2022-ci ildə istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2021-ci ilə nisbətən 13,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 19,5 faiz, qeyri-ərzaq məhsulları üzrə 8,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,4 faiz artıb.

Komitənin məlumatına görə, 2022-ci il ərzində ölkə əhalisinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 20,5 faiz artaraq 68 milyard 914,6 milyon manata çatıb.

Belə ki, həmin dövrdə dövrdə əhalinin hər nəfərinə orta hesabla 6844,9 manatlıq gəlir düşüb. Əhalinin sərəncamında qalan gəlirlərin 61 milyard 897,7 milyon manat təşkil edib.

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN