Martın 6-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına rəsmi səfər edib.

TEZADLAR.AZ Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, səfər çərçivəsində müdafiə nazirinin qardaş ölkədə görüşləri, eləcə də Türkiyənin bir sıra hərbi obyekt və müəssisələrini ziyarəti planlaşdırılır.