Ermənistan administrasiyası paytaxt İrəvandakı "Zvartnots" beynəlxalq hava limanında Rusiya Sərhəd Mühafizəsinin fəaliyyətini dayandırmaq qərarına gəlib.

TEZADLAR.AZ trt-yə istinadən xəbər veriri ki, bu barədə Ermənistanın rəsmi xəbər agentliyi olan “Armenpress” məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Milli Assambleyada keçirilən iclasdan sonra mətbuata açıqlama verib.

Qriqoryan Ermənistan rəhbərliyinin sözügedən hava limanında bütün xidmətlərin tamamilə Ermənistan rəsmiləri tərəfindən həyata keçiriləcəyinə qərar verildiyini bildirərək, “Ermənistanın bu məsələdə aydın münasibəti var və bu açıq münasibəti rəsmi şəkildə Rusiya Federasiyasına bildirib" deyib.

Qeyd edək ki, Milli Assambleyanın spikeri Alen Simonyan fevralın 27-də Rusiya sərhədçilərinin "Zvartnots" hava limanından çıxarılmasının düzgün olacağını düşündüyünü bəyan edib.

Kreml sözçüsü Dmitri Peskov isə Ermənistan hökumətinin bu qərarı ilə bağlı hələlik heç bir məlumat almadıqlarını bildirib.

 

JASMİN