Valideyn himayəsindən məhrum olan uşaqlara 18 yaşlarına çatanda 500 min som (təqribən 9500 manat) ödəniləcək.

TEZADLAR.AZ Qırğızıstan KİV-nə istinadən xəbər verir ki, bu sözləri Qırğızıstan Respublikası Nazirlər Kabinetinin sədri Akılbek Japarov Joqorku Keneşin iclasında deyib.

Onun sözlərinə görə, bununla bağlı QR-sı Prezidentinin sərəncamı hazırlanıb.

“Hazırda ölkədə 1 min 868 kimsəsiz uşaq var. Onlar üçün bu ildən başlayaraq biz banklarda 270 milyon som dəyərində depozit (əmanət) açırıq”, - deyə QR Nazirlər Kabinetinin rəhbəri bildirib.

 

JASMİN