Ermənistan səfiri İsrailin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Ona İrəvanın Fələstinin müstəqilliyini tanıması ilə bağlı töhmət elan ediləcək.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bildirilib ki, buna səbəb İsrailin Fələstin dövlətini tanıdığını elan etməsi olub.

“Ermənistanın Fələstin dövlətini tanıması nəticəsində İsrail Xarici İşlər Nazirliyi Ermənistanın İsraildəki səfirini şiddətli töhmət vermək üçün çağırıb”, - bəyanatda deyilir.

Qeyd edək ki, Ermənistan Xarici İşlər Nazirliyi Fələstin Dövlətinin tanınması ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir ki, “müxtəlif beynəlxalq platformalarda Ermənistan həmişə Fələstin probleminin sülh yolu ilə və hərtərəfli həllini müdafiə edib və İsrail-Fələstin münaqişəsinin həllinin “iki dövlət” prinsipini dəstəkləyib".

Xatırladaq ki, mayın 10-da BMT Baş Assambleyası Təhlükəsizlik Şurasına Fələstinin dünya təşkilatının tamhüquqlu üzvlüyünə qəbulu məsələsinə yenidən baxmağı tövsiyə edən qətnamə layihəsini qəbul edib. Qətnamə layihəsini BMT-nin 143 ölkəsi dəstəkləyib.

 

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN