Yanvarın 21-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Tezadlar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, sulu qar yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Abşeron yarımadasında gecə 0°-yə yaxın, gündüz 4-6° isti, Bakıda gecə 0°-yə yaxın, gündüz 4-6° isti olacaq.

Atmosfer təzyiqi 763 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək.

Nisbi rütubət gecə 70-80%, gündüz 60-65% olacaq.

Yanvarın 21-də gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin 21-i gecə və səhər bəzi yerlərdə yağntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 3-7° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq.


GÜNDƏM

Jurnalistler


IMAGE
QURAN ƏTİRLİ ANALAR
Tuesday, 19 April 2022
By Sevinc MURADXANLI
IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA