booked.netbooked.net booked.net  

Bakıda hazırda  yağış yağır...

Milli Hidrometeoroloji Xidmətdən Tezadlar.az-a verilən məlumata görə, mayın 20-si saat 17:00-a olan məlumata əsasən Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Sabirabad, Cəfərxan, Biləsuvar, Lerik, Lənkəran, Astara, Kişçay (Şəki), Sarıbaş (Qax), Şabran, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Oğuz, Qəbələ, Zaqatala, Şəki, İsmayıllı, Şamaxı, Altıağac, Quba, Qusar, Xaltan, Qrızda şimşək çaxıb, arabir yağış, Şahdağda qar yağıb.

Saat 16:25-16:32 radələrində Gədəbəy rayonunun Söyüdlü, Qarabağ, Pirqulu kəndlərinə xırda dənəli dolu düşüb.

Şimal-qərb küləyi arabir Naftalanda 24 m/s, Neftçalada 20 m/s, Ağdam, Gəncə, Tərtərdə 18 m/s, Bərdədə 16 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 30 m/s, Neft Daşlarında 21 m/s, Ələt, Pirallahıda 20 m/s, Çilov adasında 19 m/s-dək güclənib.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN