Paytaxtda 32 dərəcəyədək isti gözlənilir

Milli Hidrometeorologiya Xidmətinin  TEZADLAR.AZ-a verdiyi məlumata əsasən, iyunun 30-da 

Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz   30-33° isti olacaq.

Bakıda gecə 22-24° isti, gündüz  30-32° isti olacaq.

Atmosfer təzyiqi  757  mm civə sütunu təşkil edəcək.   

Nisbi rütubət  50-60  % olacaq.

Abşeron çimərliklərində gözlənilən  hava şəraiti

Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Dəniz suyunun temperaturu:  

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti olacaq.

Azərbaycanın rayonlarında

Əksər rayonlarda əsasən yağmursuz. Lakin  gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 7-12° isti, gündüz 20-25° isti olacaq.   


GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA