ŞAHLAR ƏSGƏROV TÖHMƏT ALAN MÜƏLLİMİ DEYİL, MEDİANI QINADI: ÇOX QABARTDILAR...

ŞAHLAR ƏSGƏROV TÖHMƏT ALAN MÜƏLLİMİ DEYİL, MEDİANI QINADI: ÇOX QABARTDILAR...

Bir neçə gün əvvəl Yevlax şəhər 1 saylı məktəbdə İranın ali dini lideri Xameneyiyə həsr olunan mahnı oxudulması görüntüləri yayılmışdı.

NATO TƏRƏFDAŞLARININ MÜDAFİƏSİNƏ QALXDI

NATO TƏRƏFDAŞLARININ MÜDAFİƏSİNƏ QALXDI

Bu gün NATO Bosniya və Herseqovina, Gürcüstan və Moldova Respublikası da daxil olmaqla tərəfdaşlara uyğunlaşdırılmış siyasi və praktiki dəstəyi artırm...

SURİYA DXR VƏ LXR - NİN “MÜSTƏQİLLİYİNİ” TANIDI...

SURİYA DXR VƏ LXR - NİN “MÜSTƏQİLLİYİNİ” TANIDI...

Suriya hakimiyyəti Ukrayna ərazilərində Rusiyanın nəzarətində olan “DXR” və “LXR” psevdorespublikalarının “müstəqilliyini” tanımaq qərarına gəlib.

AYNUR CAMALQIZI DA QHT SİYASƏTSİZLİYİNİ SƏRT TƏNQİD ETDİ

AYNUR CAMALQIZI DA QHT SİYASƏTSİZLİYİNİ SƏRT TƏNQİD ETDİ

...QHT Agentliyi hər zaman belə olub – mediada, sosial şəbəkələrdə səsləndirilən iradlara anında aqressiv reaksiya verib. Dözümsüzdürlər, aydan arı,...

ERMƏNİSTAN QARABAĞA QOŞUN GÖNDƏRİR? - BAKIDAN RƏSMİ AÇIQLAMA

ERMƏNİSTAN QARABAĞA QOŞUN GÖNDƏRİR? - BAKIDAN RƏSMİ AÇIQLAMA

"Ermənistan KİV-də ölkənin silahlı qüvvələrinin Baş Qərargah rəisinin müavininə istinadən yayılan bu məlumat, birmənalı şəkildə Ermənistan rəsmiləri t...

AĞSUDA İKİ QONŞU MÜNAQİŞƏSİ NİYƏ SƏNGİMİR?

AĞSUDA İKİ QONŞU MÜNAQİŞƏSİ NİYƏ SƏNGİMİR?

“Bir dəli quyuya daş atdı, yüz ağıllı onu çıxara bilmədi” deyimi bu gün Ağsu rayonunun Keçdiməz kəndində çılpaqlığı ilə göz önündədir...

AZƏRBAYCANI TÜRKİYƏDƏ TƏMSİL EDƏN GƏNC DİASPOR

AZƏRBAYCANI TÜRKİYƏDƏ TƏMSİL EDƏN GƏNC DİASPOR

Tural Şahbazlı “Təzadlar”ın qonağı olarkən olduqca maraqlı məqamları açıqladı...

TARİXİN QADIN ŞƏXSİYYƏTLƏRİ SIRASINDA MEHRİBAN ƏLİYEVANIN İMZASI...

TARİXİN QADIN ŞƏXSİYYƏTLƏRİ SIRASINDA MEHRİBAN ƏLİYEVANIN İMZASI...

...Tarixin bütün dövrlərinə nəzər yetirsək görərik ki, hər bir dövrdə Azərbaycan qadınları cəmiyyətin idarə olunmasında, dövlətin formalaşmasında böyü...

"ATA, MƏNƏ ƏRTOĞRULUN QILINCINI GƏTİRƏRSƏN..."

"ATA, MƏNƏ ƏRTOĞRULUN QILINCINI GƏTİRƏRSƏN..."

2020-ci ilin oktyabrin 1-də Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun oğlu, 6 yaşlı Çingizin atasının ölümündən bir gün ə...

MEDİA

29-Jun-2022 By Asif Memmedov

AYNUR …

...QHT Agentliyi hər zaman belə olub – mediada,

Detal
KASSAK President Salih KURT
Salih
PlayPlay
Rusya'dan sonra bir destek de Azerbaycan'dan
PlayPlay
Cumhurbaşkanı Erdoğan açıklama yaptı.
PlayPlay
Bakanı Pakdemirli: Çok yönlü soruşturma yapılıyor.
PlayPlay
Bakan Zakir Hasanov, Türk Silahlı Kuvvetlerine teşekkür etti
PlayPlay
previous arrow
next arrow
Rusya'dan sonra bir destek de Azerbaycan'dan
Cumhurbaşkanı Erdoğan açıklama yaptı.
Bakanı Pakdemirli: Çok yönlü soruşturma yapılıyor.
Bakan Zakir Hasanov, Türk Silahlı Kuvvetlerine teşekkür etti
previous arrow
next arrow

 Teyyub Abdullayev: “İcra başçısının müavini Mahmud Süleymanov məni çağırtdırdı ki, başçının tapşırığıdır, pul gətirməlisiniz ki...”

Uzun illərdir dünyanın qabaqcıl təcrübəsini Azərbaycanın kənd təsərrüfatında tətbiq etməklə öz şəxsi vəsaiti hesabına taxıl, kartof və soğan əkib-becərən, xüsusən də neçə ildir ölkəyə soğan idxalının dayandırılaraq, əksinə, Azərbaycanın soğan ixracatçısına çevrilməsində uğurlar əldə edən fermer Teyyub Abdullayev İsmayıllı rayonunda başına gətirilmiş müsibətlərlə bağlı Prezident İlham Əliyevə müraciət etməli oldu. Ötən həftə “Təzadlar” qəzeti redaksiyasında olan və qəzetimizə geniş videomüsahibə verən T.Abdullayevin ölkə başçısına müraciətini təqdim edirik:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

1962-ci ildə Ağdam rayonunun İsmayilbəyli kəndində anadan olmuş, məcburi köçkün Teyyub Əli oğlu Abdullayev tərəfindən

MÜRACİƏT

Çox hörmətli  cənab Prezident!

Diqqətinizə çatdırıram ki, mən ali təhsilli iqtisadçıyam və Ağdam rayonu işğal ediləndən sonra - uzun illərdir kənd təsərrüfatı sahəsində məhsul istehsalı və tədarükü ilə məşğulam. Dövlətimizin ərzaq təhlükəsizliyi ilə bağlı Sizin sahibkarlara, iş adamlarına məlum çağırışınızla əlaqədar olaraq Azərbaycanda ilk dəfə olaraq açıq əkinçilikdə damcılama üsulu ilə suvarma sistemini tətbiq etmişəm. Əsas əkin növü olaraq soğan, buğda və kartof əkini ilə məşğul oluram. Becərdiyimiz soğanın ümumi məhsuldarlığı orta Respublika səviyyəsindən iki dəfə çox olmaqla, hər il 7-8 min ton olur. Təvazökarlıqdan uzaq olsa da, uzun illərdən bəri soğan idxalçısı olan Respublikamız mənim tətbiq etdiyim yüksək aqrotexniki becərmə sayəsində indi soğan ixracatçısına çevrilmişdir. Onu da qeyd edim ki, bu günədək dövlətdən bir manat belə maliyyə yardımı almadan bu möhtəşəm işlərə nail olmuşuq. Azərbaycanda intensiv üsulla kütləvi soğan əkilib becərilməsinə isə yalnız mənim başladığım mütərəqqi üsulların tətbiqindən 4-5 il sonra başlanılmışdır. Bütün məsrəflər yalnız özümüzün daxili qənaətlərimiz və yüksək əmək məhsuldarlığı sayəsində əldə etdiyimiz məhsuldarlıq hesabına qazanılmışdır. Məhsul istehsalında beynəlxalq təcrübəni öyrənmək və Azərbaycanda tətbiq etmək üçün isə Türkiyə, İtaliya, Rusiya, Ukrayna və başqa ölkələrdə səfərlərdə olmuş, qabaqcıl təcrübəni öyrənərək Respublikamızda tətbiq olunmasına nail olmuşam. Xarici ölkələrdən xüsusi kənd təsərrüfatı texnikası alıb gətirmiş, eləcə də “Aqrolizinq”in yardımından istifadə etmişəm. Bütün bunlar da şəxsi vəsaitimizlə həyata keçirilmişdir. Qürur hissi ilə demək istəyirəm ki, bütün bu nailiyyətlərimizi  məhz Sizin, xüsusən də kənd təsərrüfatı sahəsində sahibkarlığın inkişafı üçün verdiyiniz dəstəyin sayəsində əldə etmişik, bu dəstəyi daim hiss edirik. Ümumi fəaliyyətimizin sayəsində hər il 450-dən çox mövsümi iş yerinə nail oluruq.

(Şəkildə: İsmayıllı RİH başçısının müavini Mahmud Süleymanov)

(Şəkildə: fermer Teyyub Abdullayev)

Cənab Prezident, mən bununla kifayətlənmədən Ağdam rayonundan məcburu köçkün düşərək İsmayıllı rayonunda məskunlaşmış soydaşlarımızın sosial və məşğulluq problemlərinin həlli üçün Dövlət Aktı və İsmayıllı rayon İcra Hakimiyyəti ilə müqavilə bağlayaraq 1998-ci ildə rayonda istifadə edilməyən ərazini aqrotexniki qaydada sahmana salaraq Dövlət Fondunda olan 73 hektar torpaq sahəsini 25 illiyinə icarəyə götürərək burada taxıl əkini həyata keçirmişəm. Bu da Sizin ölkəmizdə ərzaq təhlükəsizliyinə dair tapşırıq və tövsiyyələriniz əsasında edilmişdir. Dəmyə (təbii suvarılma ilə becərilən) torpaq sahəsinin məhsuldarlığını artırmaq üçün hər il gübrə və digər minerallardan istifadə etmişik ki, bununla da  rayon ərazisində yaşayan bir sıra məcburi köçkünlərin, digər sakinlərin taxıla olan təlabatını ödəmişik. Onu da deyim ki, sənədlərdə həmin torpaq sahəsi örüş yeri kimi qeyd edilsə də, Əmlak Komitəsinin və Vergilər Nazirliyi mütəxəssislərinin tövsiyyəsi əsasında bu günədək həmin torpaq sahəsinə görə nəzərdə tutulan vergini əkin kimi Dövlət büdcəsinə ödəmişəm (ödəmə tapşırıqlarını təqdim edirəm).

Cənab Prezident, lakin bu günlərdə İsmayıllı rayon İcra Hakimiyyətində yüksək vəzifə tutan şəxslərin mənə edilən bir telefon zəngi bütün arzularımızı və fəaliyyətimizi alt-üst etmişdir. Belə ki, İsmayıllı rayon İH başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini mənə zəng edib dedi ki, başçının müavini Mahmud Süleymanov göstəriş verdi, Rayon icra hakimiyyətinin başcısı Nahid Bağırov səni görmək istəyir. Həmin vaxt mən işğaldan azad edilmiş ərazilərimizdə idim. Telefonda görüşün səbəbini soruşanda dedi ki, başçı tapşırıb ki, mən İsmayıllı rayonundakı şəhid, qazi və veteran ailələrinə maddi yardım üçün pul verməliyəm. Özüm Ağdam rayonundan məcburi köçkün olduğumdan, eləcə də doğma kəndimiz erməni vandalları tərəfindən darmadağın edildiyindən, müharibədən zərərçəkmiş kimi, həmin şəxsə bildirdim ki, müharibə mənim yaralı yerimdir, 20 ildən artıqdır ki, cəbhə xəttinin ən yaxın ərazisində-Ergi qəsəbəsində də əkinlə məşğulam. Ona görə də əlavə edərək dedim ki, Rayon İcra Hakimiyyətinin başçısının bu təşəbbüsünü alqışlayıram və xahiş edirəm başçının diqqətinə çatdırasınız ki, 44 günlük Zəfər müharibəmizdən sonra təkcə İsmayıllı rayonundakı şəhid və qazi ailələrinə öz təşəbbüsümlə 7000 manatdan çox nəğd pul vəsaiti yardım etmişəm, siyahını rayona gələn kimi təqdim edəcəyəm. Eləcə də Ağdam rayonundakı hərbi hissələrdən birinə Ukraynadan gətirdiyim komplektləşdirilmiş “QAZ-66” hərbi təyinatlı yük avtomobili bağışlamışam, həmçinin Ağdamda şəhid və qazi ailələrinə lazımi qədər maddi yardım etmişəm. Yenə də kimə zərurət varsa, siyahı verilsin, imkan daxilində ərzaq və maddi yardım edərəm.

Lakin hiss etdim ki, zəng edən şəxs mənim İH-nə pul göndərməyimi istəyir. Bir daha onun diqqətinə çatdırdım ki, siyahı verilsin, ünvanına çatdırılmaqla yardım etməyə hazıram. 

Cənab Prezident, bu telefon zəngindən bir gün keçmiş 23 noyabr 2021-ci il tarixdə İsmayıllı rayon Polis İdarəsinin sahə müvəkkili və başqa bir polis nəfəri heç bir rəsmi təqdimat, xəbərdarlıq, yaxud məhkəmə qərarı olmadan 25 illiyinə icarəmizdə olan əkin sahəsindəki texnikaları zor gücünə sahədən çıxartdırmışlar. Əkinlə məşğul olan işçidən səbəbini soruşduqda dedi ki, polislər bunun İcra başçısı Nahid Bağırovun göstərişi ilə edildiyini bildirdilər. Onsuz da son zamanlar havaların yağmurlu keçməsi səpinin gecikməsinə mane olmuşdu, bu tərəfdən də polis əməkdaşları qanunsuz və əsassız olaraq taxıl səpininə imkan vermədilər. Halbuki İsmayıllı rayonunun rəhbərliyi də bilir ki, həmin taxıl hər il kənara aparılmır, əsasən İsmayıllı rayonunun əhalisinin ehtiyacları üçün istifadə edilir.

Mən dərhal bir gün əvvəl mənə zəng edib şəhid ailələrinin adı ilə pul istəyən RİH aparatının şöbə müdirinin müavininə zəng vurdum. O, bildirdi ki, təcili gəl, icra başçısı Nahid Bağırovla görüşüb problemini həll etməlisən. Məcbur olub 24 noyabr 2021-ci il tarixdə Qarabağ bölgəsindən İsmayıllı Rayon İcra Hakimiyyətinə gəldim. Mühafizə xidmətinə dedim ki, başçı məni görmək istəyir, dəvət ediblər. RİH-nin ümumi söbəsində adımı, soyadımı və telefon nömrəmi qeydə aldılar. Bu zaman RİH-nin mənə zəng vurub çağırtdıran əməkdaşı da gəldi, dedi gözlə, başçıya məruzə ediləcək, səni qəbul edəcək. Mən uzun müddət  qəbul otağında gözlədim. Təbii ki, başçı da, müavinləri də kamerada mənim gözlədiyimi görürdülər. Nəhayət, şöbə müdirinin müavini Şahin Hüseynovdan təkrarən xahiş etdim ki, qaranlıq düşür, mən Ağdama qayıtmalıyam, yol dumanlıdır, ya qəbul etsinlər, ya da desinlər qəbul etmirlər, çıxıb gedim. Ş.Hüseynov bu barədə RİH başçısının müavini, “Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri” Mahmud Süleymanova məlumat verdi, o isə bildirdi ki, başçı səninlə görüşmək istəmir.

Cənab Prezident, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli Fərmanı ilə hər bir RİH-də yaradılmış Apelyasiya Şurasının “Əsasnamə”si təsdiq edilmişdir ki, (Maddə 1) “Yerli icra hakimiyyəti orqanlarının Apelyasiya Şurası sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı yerli icra hakimiyyəti orqanının sərəncamından, əmrindən, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) verilmiş təkrar şikayətlərə baxan və ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən kollegial orqandır”.

Apelyasiya Şurası öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununu və Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur. Ən maraqlısı budur ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin nəzdindəki Apellyasiya Şurasının sədri Mahmud Süleymanovdur və o, İH başçısının müavinidir, “Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin” müdiridir. Yəni Mahmud Süleymanovun birbaşa vəzifəsi idi ki, İsmayıllı rayonu üçün məhz öz şəxsi vəsaiti və texnikası ilə taxıl əkib-becərən mən sahibkarın problemini həll etsin, nəinki sahibkara dözülməz problem yaratsın. Mən elə RİH-də olarkən xəbər tutdum ki, Mahmud Süleymanovun təqdimatı və başçıya məruzəsi əsasında mənimlə bağlanmış icarə müqaviləsi də ləğv edilib. Bəhanə də budur ki, mən niyə örüş yeri olan torpaq sahəsində taxıl əkmişəm. Halbuki onlar yaxşı bilirdilər ki, mən torpağın vergisini uzun illərdir əkin sahəsinə uyğun olan qiymətlə ödəyirəm. Guya bunu bilmirdilərmi? Niyə məni 7 dəfə artıq vergi dərəcəsi ilə ödənişlərə məcbur edirdilər? Mən hələ onu demirəm ki, Mahmud Süleymanov Sizin tövsiyə və tapşırıqlarınıza, etibar və etimadınıza daban-dabana zidd olaraq İsmayıllı rayonundakı vəzifəsinə yad hansı fəaliyyətlə məşğul olur, bunu bütün İsmayıllı sakinləri yaxşı bilir. Hətta onun özünün və RİH-nin digər əməkdaşlarının İsmayıllıdakı böyük ərizələrdəki örüş sahələrində nə qədər əkin sahələri vardır. Onlar isə torpaq vergisini örüş yeri kimi ödəyirlər, amma əkinlə məşğuldurlar. Belə çıxırdı ki, mən Mahmud Süleymanovun istədiyi pulu(?) vermədiyim üçün bu yola əl atmışdır. Amma hələlik onu deməyi vacib sayıram ki, mən kommersiya fəaliyyəti ilə deyil, məhz cənab Prezidentin tapşırıqlarına uyğun olaraq ölkəmizin ərzaq təhlükəsizliyinə dəstək vermək üçün dövlətdən bir manat belə yardım almadan, öz şəxsi vəsaitimlə, öz zəhmətimlə kənd təsərrüfatı məhsulları-soğan, taxıl və kartof əkib becərirəm. Bununla da ölkədə məhsul bolluğuna dəstək verirəm. Amma Mahmud Süleymanov kimi məmurlar isə əlbəəl pul vermədiyim üçün mənə belə süni problemlər yaratmışlar. Hətta mən RİH rəsmisindən soruşanda ki, cənab icra başçısına mənim şəhid ailələrinə könüllü olaraq etdiyim yardımlar barədə məlumat verdinizmi, o, isə dedi ki, yox. Bununla da belə hesab edirəm ki, bəlkə də İcra başçısının bu süni problemlər yaradılmasından xəbəri yoxdur, yaxud ona yalan məlumat verilmişdir. Güman ki, İcra başçısı Nahid Bağırov mənim İsmayıllının Kürdmaşı kəndindəki kimsəsiz, ağır xəstə bir ailəyə 30 min manata yaxın xərc çəkərək ev tikdirdiyimdən də məlumatsızdır, çünki ona deyilməyib.

Cənab Prezident, Siz dəfələrlə bəyan etmisiniz ki, Azərbaycanda korrupsiya ilə məşğul olan, sahibkarların boğazına zəli kimi yapışan, çirkin niyyəti ilə ölkəmizin çiçəklənməsinə mane olan məmurlara aramızda yer yoxdur. Onların yeri, bəziləri kimi, həbsxanalardır.

Odur ki, Sizdən xahiş edirəm, İsmayıllı rayonunda mənə kənd təsərrüfatı ilə məşğul olan, ərzaq bolluğuna dəstək verən sahibkar kimi süni əngəllər yaradan, bütün fəaliyyətimizi puça çıxaran RİH başçısının müavini Mahmud Süleymanovun və digərlərinin fəaliyyətinin yoxlanılaraq ciddi surətdə cəzalandırılmasına göztəriş verəsiniz.

Dərin hörmətlə:

T.Ə.Abdullayev

Bakı şəhəri, 29 noyabr 2021-ci il

REDAKSİYADAN: Bu dəqiqələrdə sahibkar T.Abdullayev redaksiyamızla əlaqə saxlayaraq bildirdi ki, İsmayıllı rayon Polis Şöbəsinin təhqiqatçısı ona zəng edərək polis şöbəsinə çağırıb: "Bildirdim ki, mən fermer-sahibkaram, məni vergi orqanı çağıra bilər ki, vergi borcunuz var, Allah şükür, o da yoxdur... Başqa problem varsa, xahiş edirəm, rəsmi çağırış göndərin, mən problemin mahiyyətini bilim... Təhqiqatçı bildirdi ki, RİH-dən deyiblər ri, mən icarəmdə olan sahədə niyə taxıl əkmişəm və s. İzah etdim ki, mən 20 ildən çoxdur 25 illiyinə icarəmə Dövlət Aktı ilə verilmiş sahədə Dövlət büdcəsinə əkin üçün vergi ödəyib dəmyə sahədə İsmayıllı rayonuna taxıl əkirəm... Əgər bunu istəmirlərsə, rəsmi xəbərdarlıq etsinlər, mən də günahımın nədən ibarət olduğunu bilim, ölkə başçısından əlavə kömək istəyim...". 

 

 

CƏMİYYƏT

29-Jun-2022 By Yasemen Memmedov

ŞAHLAR ƏSGƏROV TÖHMƏT ALAN MÜƏLLİMİ…

Bir neçə gün əvvəl Yevlax şəhər 1 saylı məktəbdə İ

29-Jun-2022 By Elbar Şirinov

AĞSUDA İKİ QONŞU MÜNAQİŞƏSİ NİYƏ…

“Bir dəli quyuya daş atdı, yüz ağıllı onu çıxara

29-Jun-2022 By Elbar Şirinov

AZƏRBAYCANI TÜRKİYƏDƏ TƏMSİL EDƏN GƏNC…

Tural Şahbazlı “Təzadlar”ın qonağı olarkən olduqca

MƏDƏNİYYƏT

29-Jun-2022 By Elbar Şirinov

HƏFTƏBECƏR

Müğənni Səidə Sultan “MTV maqazin” verilişində ərə

27-Jun-2022 By Elbar Şirinov

ELGİZ ƏKBƏR İYBİLMƏ HİSSİNİ İTİRİB…

Aparıcı Elgiz Əkbər burun əməliyyatı etdirib və sə

23-Jun-2022 By Asif Memmedov

ŞAMAXIDA TARİXİMİZİN DAHA BİR İZİ…

Tanınmış arxeoloq, professor Qafar Cəbiyevin rəhbə

SİYASƏT

29-Jun-2022 By Asif Memmedov

NATO TƏRƏFDAŞLARININ MÜDAFİƏSİNƏ QALXDI

Bu gün NATO Bosniya və Herseqovina, Gürcüstan və M

29-Jun-2022 By Yasemen Memmedov

SURİYA DXR VƏ LXR -…

Suriya hakimiyyəti Ukrayna ərazilərində Rusiyanın

29-Jun-2022 By Elbar Şirinov

ERMƏNİSTAN QARABAĞA QOŞUN GÖNDƏRİR? -…

"Ermənistan KİV-də ölkənin silahlı qüvvələrinin Ba

KRİMİNAL

28-Jun-2022 By Yasemen Memmedov

DOHAYA 4 KQ-DAN ARTIQ HEROİN…

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşların

28-Jun-2022 By Elbar Şirinov

70 YAŞLI BACISINI BOĞARAQ ÖLDÜRƏNİN…

14 mart 2021-ci il tarixdə Şirvan şəhər sakini, 19

28-Jun-2022 By Asif Memmedov

TOVUZDAKI QƏZADA 2 NƏFƏR ÖLDÜ…

Ötən gecə Tovuzdakı yol-nəqliyyat hadisəsi zamanı

HADİSƏ

30-Jun-2022 By Elbar Şirinov

"AZƏRİŞIQ" LİFTLƏRDƏ ELEKTRİK SAYĞACLARI QURAŞDIRIR?…

Xırdalan qəsəbəsi, 28-ci məhəllənin sakini, 1 sayl

29-Jun-2022 By Elbar Şirinov

DEPUTAT ETİBAR ƏLİYEV DƏ ANAR…

"Anar Qədiməliyev təhsil işçisi deyil. Bu adam Dün

29-Jun-2022 By Yasemen Memmedov

"GÜRCÜSTANA HEÇ 6 AYA DA…

"Gürcüstan 6 ay ərzində müharibəyə və ya Rusiyaya

TEXNOLOGİYA

28-Jun-2022 By Yasemen Memmedov

TELEFONLARA TƏBİƏT HADİSƏLƏRİ İLƏ BAĞLI…

ABŞ-da, bəzi Avropa ölkələrində insanlar olduqları

24-Jun-2022 By Yasemen Memmedov

"AZƏRBAYCAN DƏMİR YOLLARI"NIN FƏALİYYƏTİNDƏKİ POZUNTULARLA…

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İste

21-Jun-2022 By Yasemen Memmedov

YAŞI 35-DƏK OLAN FERMERLƏRƏ 10…

Azərbaycan Respublikası Hökumətinin maliyyə dəstəy

GÜNDƏM

SƏYAHƏT

29-Jun-2022 By Yasemen Memmedov

İSTANBULU ZİYARƏT EDƏN TURİSTLƏRİN SAYI ARTIB

İstanbula may ayında 1 milyon 402 min 366 xarici t

SİYASƏT

HADİSƏ

SAĞLAMLIQ

30-Jun-2022 By Elbar Şirinov

TÜRKİYƏDƏ MEYMUNÇİÇƏYİNƏ İLK YOLUXMA QEYDƏ ALINDI

Türkiyədə meymunçiçəyinə ilk yoluxma faktı qeydə a

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN

İQTİSADİYYAT

29-Jun-2022 By Yasemen Memmedov

AQROPA…

Bu il “Agro Dairy” MMC-nin Tovuz (Ceyrançöl) aqrop

TƏHSİL

29-Jun-2022 By Elbar Şirinov

UŞAQ B…

Təhsil naziri Emin Əmrullayev bildirib ki, uşaq ba

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA