Xəbər verildiyi kimi, iyulun 27-də ANAMA-nın əməkdaşı,

26 avqust 1979-cu il təvəllüdlü Nəsirov Bəhruz Tapdıq oğlu işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minanı zərərsizləşdirən zaman dirəyin altında quraşdırılan digər bir minanın partlayışı baş verib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən bildirilib ki, partlayış zamanı Nəsirov Bəhruz Tapdıq oğlu üzərində olan xüsusi qoruyucu geyim və dəbilqə sayəsində müxtəlif dərəcəli yüngül bədən xəsarətləri alıb, ilkin tibbi müayinə edilərək, evə buraxılıb.

“İşğaldan azad edilmiş ərazilərin mina və partlayıcı qurğularla yüksək səviyyədə çirklənməsini nəzərə alaraq təhlükəsizlik səbəbindən bir daha vətəndaşlarımızı həmin ərazilərə xüsusi icazə olmadan daxil olmamağa çağırırıq”, - deyə ANAMA-dan bildirilib.

Qeyd edək ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.

Yuxarıda da qeyd edildiyi kimi, ANAMA əməkdaşı üzərində olan xüsusi qoruyucu geyim və dəbilqə sayəsində müxtəlif dərəcəli yüngül bədən xəsarətləri alıb. Necə deyərlər, anası namaz üstə imiş. Lakin bu sonuncu hadisə olacaqmı? Ermənilərin Qarabağ ərazisində basdırdığı minalar hələ neçə Azərbaycan vətəndaşını şikəst və ya həyatdan məhrum edəcək? Ermənilər 30 ildən çoxdur qətliamlar törətdiyi Qarabağda hələ də minaların əli ilə qətl törətməkdə davam edirlər. Özü də şikayətlənib sığndıqları, başlarına tumar çəkən dövlətlərin gözü qarşısında. Üçtərəfli  imzalanmış 10 noyabr 2020-ci il Bəyanatından sonra Qarabağda nə qədər günahsız insanın mina partlayışlarının qurbanına çevrildiyini onlar bilmirlərmi, qulaqları kardırmı? Haqdan danışanlar Ermənistana mina xəritələrinin verilməsi ilə bağlı təzyiq göstərə, yardımını kəsə, sanksiyalar tətbiq edə bilməzdilərmi?.. Əksinə, paylarını artırdılar - 2.5 milyard avroluq yardım paketi ayırdılar...

JASMİN

 

 

   


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 21 September 2021
By Elçin Məmmədli
IMAGE
KIRIK KODLAR
Monday, 30 November -0001
By Salih KURT

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA