Hadisə Bakıda baş verib. Binanı sökən tikinti şirkəti, həmin ərazidə tikiləcək yeni binadan vətəndaşa mənzil verəcəyi ilə bağlı müqavilə bağlasa da, hazırda vəziyyət fərqlidir.

Belə ki, şirkət rəhbəri kompleksdəki başqa bir binadan ev təklif edir, vətəndaş isə razılaşmayarq, müqavilənin şərtinin yazıldığı kimi icra edilməsini istəyir.

Xəzər TV-nin məlumatına görə, paytaxt sakini Safura Vəlixanovanın şikayəti "Hermes-S" MMC şirkəti ilə bağlıdır.

Şikayətçi deyir ki, 2018-ci ildə şirkət onlarla müqavilə bağlayaraq, yaşadıqları binanı söküb: "İndi də o vaxt bağladığı müqavilədən imtina edərək, mənə əvvəlki mənzilimin yerləşdiyi binadan ev vermir".

S.Vəlixanova deyir ki, ötən ilin may ayından etibarən şirkət tərəfindən onlara kirayə haqqı da ödənmir. Ailə isə bu gün özü pul ödəyərək kirayədə yaşayır.

Məsələ ilə bağlı özünü tikinti şirkətinin rəhbəri kimi təqdim edən Elçin Kərimovla əlaqə saxlanılıb.

Müqavilədə şirkət rəhbərinin dediyi konkret ünvanın göstərildiyi bildirdirildikdə isə, şirkət rəhbəri kompleksin tikildiyi ünvanın indi Ziya Yusifzadə 133 adlandığını və hazırda yol kənarında tikilən yeni binada vətəndaşa uyğun ölçüdə mənzillərin olmadığını deyib.

E.ŞİRİNOV


GÜNDƏM

Jurnalistler


IMAGE
Həftəbecər
Tuesday, 30 November 2021
By Elçin Məmmədli

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA