booked.netbooked.net booked.net  

"MediaTürk TV" şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə türkdilli dövlətlərin jurnalistləri arasında “Qırmızı Mürəkkəb” TV jurnalistika müsabiqəsi elan edib.

Müsabiqə iki nominasiyada - ən yaxşı telereportaj və ən yaxşı sənədli televiziya filmi nominasiyalarında keçirilir.

Süjet və sənədli televiziya filmlərinin məzmunu işğal, müharibə, münaqişə və təbii fəlakətlərin acı nəticələri, onların meydana çıxardığı insan faciələrini əhatə etməlidir. Müsabiqədə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan olan televiziya və online TV jurnalistləri iştirak edə bilər.

Müsabiqədə iştirak etmək üçün süjet və sənədli filmlər MP4 (H264 – 1920 x 1080) formatında wetransfer.com vasitəsilə This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ünvanına göndərilməlidir. İştirakçılar 2021-ci il yanvarın 1-dən 2021-ci il oktyabrın 30-na qədər yayımlanmış süjet və sənədli filmlərini müsabiqəyə təqdim edə bilərlər.

Sənəd qəbulu oktyabrın 30-də başa çatacaq.

İştirakçıların müraciət üçün nəzərdə tutulan elektron məktub formasında aşağıdakılar qeyd olunmalıdır:

Adı, Soyad, Ata adı;

Çalışdığı media orqanı;

Müraciət etdiyi nominasiya;

İş ünvanı;

İş telefonu;

Mobil telefon (WhatsApp və ya Telegram olan);

E-mail ünvanı

This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ünvanına göndərilməlidir.

Müsabiqədə hər nominasiya üçün 3 yer və 3 mükafat nəzərdə tutulub:

I Yer – 2 000 manat
II Yer – 1 000 manat
III Yer – 700 manat

Müsabiqə ilə bağlı əlavə suallar və müraciət üçün qeyd edilən əlaqə vasitələrindən istifadə etmək olar:

Tel: (+ 994 12 497 87 42); (+ 994 50) 999 66 56

E-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Qeyd edək ki, müsabiqənin qalibləri 8 Noyabr - Zəfər Günü elan olunacaq.

Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirən AZƏRTAC-ın əməkdaşı M.İbrahimov və AzTV-nin operatoru S.Abışov iyunun 4-də onları aparan nəqliyyat vasitəsinin Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində ermənilərin basdırdığı tank əleyhinə minaya düşməsi nəticəsində şəhid olublar.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN