booked.netbooked.net booked.net  

...Məşhur sözdür: "Kral ölüb, Kral sağdır". Azərbaycan ordusu 1988-ci ildə "Miatsum" deyərək Xankəndidə özünü müstəqil dövlət adlandıran 30 minlik ermənilərin və onları bu siyasi xəstəliyə düçar edənlərin arzusunu birdəfəlik məzara göndərdi.

O cümlədən "Artsax" adlı sarsaxlar yığnağı olan bir "DQR"ı da. Dünya indi həmin ermənilərə gülür, onların lideri sayılan Harutyunyan soyadlı ermənini isə "Kral ölüb, kral sağdır" lətifəsi ilə çağırır, "Arsax" adını xatirələrdə, qəbiristanlıqlarda, Sövetdən qalma sınıq-salxaq avtobuslarda, "Jiquli"lərdə yaşatmaq istəyirlər.
Budur, dünən Qubadlının Eyvazlı kəndi yaxınlığında, Gorus-Qafan yolu üzərində qurulmuş Azərbaycanın polis postunda Qarabağda müvəqqəti məskunlaşmış (1828-ci ildən, Rusiyanın əli ilə) erməni uşaqları daşıyan və üzərinə qondarma “Artsax” simvolları olan mikroavtobus saxlanılıb. "Sputnik Armeniya" yazır ki, Azərbaycan polisi 10-15 dəqiqə ərzində mikroavtobusu yoxlayıb və onun üzərindəki “artsax bayrağını” süngü-bıçaqla söküb. Sosial şəbəkələrdə də yayılmış kadrlara əsasən polis əməkdaşı mikroavtobusun sürücüsünə deyir ki, “Ay erməni, başşa düşmürsən, artıq Dağlıq Qarabağ yoxdur, Azərbaycan var, başa düşdüz?!”
Onu da xatırladaq ki, bir həftədir Azərbaycan polisi və sərhədçiləri Gorus-Qafan yolunun Qubadlının Eyvazlı kəndi yaxınlığından keçən hissəsində İran yük maşınlarını saxlayıb yoxlayır, onlardan yol vergisi tutur. Habelə Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərinə qanunsuz olaraq yük daşıyan iki iranlı sürücü geri qayıdarkən Eyvazlı postunda saxlanılıb. Onların Azərbaycan qanunları əsasında məsuliyyətə cəlb olunacağı açıqlanıb.
Bəli, "Kral ölüb, kral sağdır!" "Artsax" ölüb, "Artsax" sağdır! Külli Ermənistan isə bilir ki, 44 günlük müharibədə gəbərən on minə yaxın erməni hərbçilərlə bərabər, "Artsax" da məzardadır, xortlayası deyil-ölüb!!!
A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN