booked.netbooked.net booked.net  

Bir neçə gün əvvəl Gürcüstana rəsmi səfər edən Nikol Paşinyan Batumi şəhərində də olub.

Gürcüstan KİV -nin xəbərinə görə, məlumatı “Past” qəzeti yayıb. Paşinyanın Batumi şəhərinə səfərinin erməni ictimaiyyəti və Rusiyanın bir neçə siyasi dairəsi tərəfindən birmənalı qəbul edilmədiyi bildirilir.

Qəzetin yaydığı məlumatda bildirilib ki, Paşinyan Batumidə 3-4 saatlıq yoxa çıxıb. Onun yeri haqqında nə Gürcüstan tərəfi, nə də baş nazirin protokol xidmətinin məlumatı olmayıb.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 8-də Gürcüstana rəsmi səfər edib. Gürcüstan Prezidenti Salome Zurabişvili ölkədə səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edib.  Orbeliani sarayında baş tutan görüş zamanı tərəflər regiondakı stabillik və təhlükəsizlik məsələlərini və münasibətlərin gələcək perspektivlərini müzakirə ediblər. Gürcüstanın  Baş nazir İrakli Qaribaşvili də Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Görüşdən sonra keçirdikləri brifinqdə Qaribaşvili "Qarabağ müharibəsi, əlbəttə ki, bölgəmiz üçün əsl problem idi, amma indi cənab Nikol Paşinyanın yeni planlarının nə olduğunu öyrəndiyimə görə, bu problemin yeni bir fürsətə çevriləcəyinə inanıram", -deyə vurğulayıb.

Y.MƏMMƏDLİ

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN