booked.netbooked.net booked.net  

"Rusiyada universitetdə silahlı insidentdə ölənlər arasında Azərbaycan vətəndaşı yoxdur".

Bunu XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

L.Abdullayeva bildirib ki, ölən və yaralananlar arasında Azərbaycan vətəndaşının olması barədə məlumat daxil olmayıb və məsələni Azərbaycanın Rusiyadakı səfirliyi nəzarətdə saxlayır.

Qeyd edək ki, Rusiyanın Perm şəhərində universitetdə baş verən silahlı insident nəticəsində 6 nəfər ölüb, 27 nəfər yaralının olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Xatırladaq ki, cinayətkar saxlanılıb.
E.ŞİRİNOV
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN