booked.netbooked.net booked.net  

Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olmuş Yunis Rafik oğlu Surxayevin birinci ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Anım mərasimi şəhidin dəfn olunduğu Qaradağ rayonunun Lökbatan qəsəbəsində təşkil olunub.

Mərasimdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, şəhidin ailə üzvləri, yaxınları, qazilər, şəhidin hərbçi yoldaşları, Milli Məclisin deputatı Aydın Hüseynov, RİH başçısının müavinləri, şöbə müdirləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra mərasim iştirakçıları tərəfindən Lökbatan qəsəbəsindəki Şəhidlər Xiyabanında şəhid Surxayev Yunis Rafik oğlunun məzarı önünə əklil və gül dəstələri qoyuldu.

Qeyd edək ki, Yunis Surxayev 20 yanvar 2002-ci ildə Qaradağ rayonunun Qobustan qəsəbəsində anadan olub. 2008-ci ci ildə Qobustan qəsəbəsindəki 233 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub və 2019-cu ildə həmin məktəbin 11-ci sinfini bitirib. 2020-cil ilin aprel ayında hərbi xidmətə gedib.

Qeyd edək ki, sentyabrın 27-də səhər saatlarında Ermənistan yaraqlıları Azərbaycanın Füzuli, Cəbrayıl, Tərtər, Ağdərə rayonları istiqamətlərində ordumuzun mövqelərinə, kəndlərimizə iriçaplı silahlardan, ağır artilleriyadan istifadə edərək, genişmiqyaslı təxribatlara yol açıblar. Azərbaycan Silahlı Qüvvələri təxribatın qarşısını almaq üçün əks-hücumla düşmənə ağır zərbələr endiriblər.

Yunis Surxayev 2020-ci il oktyabrın 13-də Suqovuşanın azad olunması istiqamətində gedən şiddətli döyüşlərin birində qəhrəmancasına şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Vətən müharibəsinin şəhidi Yunis Rafik oğlu Surxayev ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Anım mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından söz açıb.

Mərasimdə şəhidlərin yaxınları onların xatirəsinə göstərilən hörmət və ehtirama görə ölkə rəhbərliyinə öz minnətdarlığını bildiriblər.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN