booked.netbooked.net booked.net  

...İndi də hansısa beynəlxalq festival təmsilçisi olan hansısa bir Rubenin təkidi ilə Azərbaycanı təmsil edən komanda "Şuşa" adını "Buta” ilə əvəzləyib.
Səbəb olaraq ermənilərin bu ada etiraz etməsi göstərilib. Bu cür rüsvayçı hərəkət Rusiyanın Soçi şəhərində keçirilən KVN (Şən və Hazırcavablar Klubu) komandalarının 33-cü Beynəlxalq Festivalında baş verib. Əlbəttə, güman etmək olar ki, məsul şəxslər bu cür ağlasığmaz səhv addımı xoş niyyətdən, daha irəli çıxmaq üçün, Azərbaycan adını ucaltmaq məqsədilə ediblər. Amma, təəssüf ki, lazımı anda düzgün qərara gələ bilməyiblər, milli qürur, milli maraq və beynəlxalq hüquq məsələsini korporativ maraqlara qurban veriblər. Burada daha çox komandanın arxasında duran dövlət qurumları, cavabdeh məmurlar da məsuliyyət daşıyır.
Düşünmək olar ki, komanda rəhbərliyi bu ad dəyişikliyini hansısa məsul şəxslərlə, məmurlarla məsləhətləşməklə veriblər.
Görəsən kimlər cavabdeh olub bu məsələyə? Komandanı göndərən təşkilatçılarımız fərqində olmayıblar ki, bu qədər tökülən qanlardan sonra, minlərlərlə şəhidin qanı hesabına azad olunan torpaqların adı, Şuşa adı, Qarabağ adı sadəcə ad deyil, bizim üçün HƏR ŞEYDİR.
Xatırlayıram ki, Vətən Müharibəsinin qızğın çağında McDonald's, KingBurger və PapaJohn's kimi qlobal şirkətlərin Azərbaycan nümayəndəliklərində də oxşar problemlər olmuşdu. Bu qlobal şirkətlər ANCA erməni lobbisinin təkidi ilə "Qarabağ Azərbaycandır" paylaşımını Azərbaycan nümayəndəliklərinin saytlarından sildirmişdilər. Sonradan bəziləri səhvləri anlamış, ciddi ictimai təpkilərdən sonra üzrxahlıq etmişdilər.
Təəssüf ki, aidiyyatı qurumlar baş verənlərlə bağlı nə müharibə zamanı, nə də müharibədən sonra ciddi tədbirlərlər görmədiyindən oxşar hadisələr təkrarlanır.
Xatırlayıram ki, müharibə zamanı bir alman jurnalisti Prezident İlham Əliyevden soruşmuşdu:
-Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır?
Prezident İlham Əliyev:
-Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır....
***
Ümid edək baş verənlərə rəsmi qurumlar ciddi qiymət verəcək və gələcəkdə təkrarlanmaması üçün zəruri addımlar atılacaqlar...
Osman GÜNDÜZ,
Multi-Media Mərkəzinin rəhbəri
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN