booked.netbooked.net booked.net  

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma ləğv edilir.
Pin It

"Ərzaq xərcləri inkişaf etməkdə olan ölkələrdə 20, inkişaf etməkdə olan dövlətlərdə isə 33 faiz ətrafında dəyişir".
***
Bu ilin ilk rübündə Azərbaycanda ərzaq məhsullarının alınmasına 6 milyard 886 milyon manat xərclənib. Bütölükdə, pərakəndə ticarət dövriyyəsi 13 milyard 474 milyon manat olub. Bu müddətdə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,1 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8 faiz, qeyri-ərzaq malları üzrə 4,9 faiz artıb.
TEZADLAR.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov bildirib.
İqtisadçı vurğulayıb ki, ölkə vətəndaşları qazandığı pulun böyük qismini qidaya - ərzağa xərcləyir. Səbəbini belə izah edib:
"Statistika göstərir ki, vətəndaşlarımız öz pullarının yarından çoxunu ərzaq məhsullarının alınmasına yönəldir. Xərclənən 100 manatdan 51 manatı ərzaq məhsulları üçün istifadə olunur.
Ərzaq məhsullarına daha çox pulun xərclənməsi ənənəvi tələb ilə bağlı olsa da, son 2 ildəki inflyasiya səviyyəsi də təsrsiz deyil. İstənilən məhsul üzrə xərcləmələrdə tələb ilə yanaşı, istehlak bazarındakı qiymət səviyyəsi də əsas faktorlardandır. Qeyd edək ki, ərzaq xərcləri inkişaf etməkdə olan ölkələrdə 20, inkişaf etməkdə olan dövlətlərdə isə 33 faiz ətrafında dəyişir", - deyə iqtisadçı diqqətə çatdırıb.
Qeyd edildiyi kimi, Azərbaycanda əhalinin ərzaq xərclərinə ayırmalı olduğu pul xərclərin 50 faizini də ötüb...
Bu rəqəm nə zaman dəyişəcək, məlum deyil.
JASMİN
Pin It

Artıq bir müddətdir Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb...

Pin It

Bəzi sosial şəbəkə və internet resurslarında aprel ayının pensiyalarının yubanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Pin It

…Banklarımızın gəlirlərinin artması barədə Dövlət Statistika Komitəsindən «Təzadlar»a verilən statistik məlumatlar iqtisadi düşüncə baxımından çox faydalı və düşündürücüdür.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN