…Dünya dəyişir və keçmiş ənənələrə artıq yenilənmə ilə nəzər yetirilir...

Məsələn, Azərbaycan Daxili İşlər Nazirliyi son vaxtlar bir sıra yeniliklərə imza atıb. 102 xidmətinin özü, eləcə də digər onlayn xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanmaqdadır. Nazirlik həm də bir çox yeni xidmətlər və yeniləşmiş xidmətlər də təqdim etməkdədir. Məsələn, bir müddət öncə DİN texpasportun-sürücülük vəsiqəsinin formasını dəyişdiyini açıqlayıb, bir neçə gün öncə də yeni "77" seriyası ilə başlayan avtomobil nömrələrinin verilməsinə başlandığını elan edib. Bəs bunların müasir çağırışlara uyğunluğu necədir?

Tanınmış multi-media üzrə ekspert Osman Gündüz məsələyə belə münasibət bildirdi:

- Bəli, bunların hamısını ilk baxışdan faydalı və uğurlu addımlar kimi dəyərləndirmək olar. Amma qəribədir ki, bu addımların heç biri müasir çağırışlarla ayaqlaşmır. DİN bu xidmətlərin rəqəmsal versiyasına diqqət yetirmir. DİN hələ də klassik ənənələrə üstünlük verir. Məsələn, eGov Mərkəzi isə, sanki xidmətlərin rəqəmsallaşmasını unudub. İndiyədək də, dəfələrlə təkrarlanmasına baxmayaraq, DİN avtomobillərin dövlət qeydiyyatına alınması, dövlət nömrə nişanlarının verilməsi xidmətini rəqəmsallaşdırmayıb.

Hələ də cəlbedici nömrələr üzrə şəffaf bir sistem formalaşmayıb. Hansı ki, bu xidmətləri rəqəmsal etmək üçün DİN-nin əlində yetərincə texniki texnoloji və kadr resursları var. DİN öz texnoloji imkanları ilə, hətta digər qurumlara rəqəmsallaşmaq üçün resurslar təqdim edir.

Belə olan halda DİN-nin və eGov-a cavabdeh qurum olan VXSİ Dövlət Agentliyi yanında Elektron Hökumətin İnkişafı Mərkəzinin bu xidmətlərin rəqəmsallaşmasına və əlçatanlığın artırılmasına diqqət yetirməməsi anlaşılan deyil.

Ümumiyyətlə, maraqlı məqam həm də odur ki, DİN eGov Mərkəzinin yaratdığı Asan Login sisteminə də qoşulmayıb. MyGov-da DİN yoxdur.

eGov Portalında DİN-nin cəmi 3 xidməti görsənir.

DİN iddia edir onun ayrıca, separat formada e-Xidmət mərkəzi var. Hansı ki, bir neçə aydır qeydiyyatdan keçməyimə baxmayaraq mən şəxsən bu separat sistemə daxil ola bilmirəm. Ümid edirəm bu sistemin arxasında duran İT komanda log fayllara baxıb səbəbini araşdıracaqlar.

Düşünürəm ki, DİN və eGov Mərkəzi ayrılıqda fəaliyyətə son qoymalı, mahiyyətcə kütləvi olan, ictimai əhəmiyyət kəsb edən xidmətləri elektronlaşdırmalı və maşın nömrələri üçün də auksion satış sistemi təşkil olunmalıdır, datalar inteqrasiya olunmalıdır…

A.Məmmədli

 


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 21 September 2021
By Elçin Məmmədli
IMAGE
KIRIK KODLAR
Monday, 30 November -0001
By Salih KURT

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA