booked.netbooked.net booked.net  

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əməkdaşları

Asiya İnkişaf Bankının (AİB) dəstəyi ilə təşkil olunacaq AİB-Asiya Beyin Mərkəzlərinin İnkişaf Forumunda təqdimatla çıxış etməklə bağlı dəvət alıblar.

İİTKM-nin məlumatına görə, bu ilin noyabr ayında keçirilməsi planlaşdırılan forum post COVID-19 dövründə turizm sənayesinin iqtisadi potensialının açılması (Unlocking the Economic Potential of Tourism Industry post COVID-19) mövzusuna həsr edilib.

Bu forum Asiya regionunda beyin mərkəzləri arasında keçirilən ən nüfuzlu tədbirlərdən biridir və beynəlxalq auditoriyaya malikdir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əməkdaşları Ramil Hüseyn, Rəşad Hüseynov və Ayaz Müseyibov koronavirus (COVID-19) pandemiyasının Azərbaycanın turizm sektoruna vurduğu zərər və postpandemiya dövründə turizmin inkişaf imkanları ilə bağlı apardığı tədqiqatın nəticələrini təqdim edəcəklər. Həmçinin təqdimatda turizm sektorunun inkişaf perspektivləri iqtisadi multiplikatorlar vasitəsi ilə müəyyən edilən nəticələr açıqlanacaq və müvafiq olaraq bu istiqamətdə görüləcək tədbirlərlə bağlı təkliflər irəli sürüləcəkdir.

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqdır. Qurum analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlayır, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin edir, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil edir.

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN