booked.netbooked.net booked.net  

 AQTA “Sahib” marketdə plandankənar yoxlama keçirib - müraciət əsasında.

  Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

AQTA-nın məlumatına görə, daxil olan müraciət əsasında Agentlik əməkdaşları tərəfindən Goranboy rayonu, Heydər Əliyev prospektində yerləşən, fiziki şəxs Yusifov Mahir Sərdar oğluna məxsus “Sahib” marketdə plandankənar yoxlama keçirilib. Yoxlama zamanı marketdə xeyli miqdarda müxtəlif növ yararlılıq müddəti bitmiş qida məhsulları aşkar edilib. Aşkar olunan faktla bağlı yararlılıq müddəti bitmiş məhsullar satış şəbəkəsindən çıxarılıb, sahibkar barəsində inzibati qaydada tədbir görülüb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.

Xatırladaq ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 10 fevral 2017-ci il tarixli fərmanı əsasında yaradılmışdır.

Müvafiq sahədə normayaratma fəaliyyətini, o cümlədən qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni həyata keçirmək də AQTA-nın fəaliyyət istiqamətlərinə daxildir. 

Lakin çox təəssüf ki, hələ də ölkənin ərzaq bazarında yararlılıq müddəti bitmiş ərzaq məhsulları baş alıb gedir. Paytaxtda fəaliyyət göstərən bir çox məşhur marketlər var ki, onlar da bu cür qida cinayətlərindən xali deyil və mətbuatda da  adları tez-tez hallanır - bəziləri AQTA tərəfindən  də cəzalandırılıb. 

Bu cür qanun pozuntuları  bir çox hallarda bölgələrdə fəaliyyət göstərən marketlərdə, mağazalarda daha çox rast gəlinir. Gözdən uzaq yerlərdə fəaliyyət göstərən kiçik mağazalarda isə yararlılıq müddəti bitmiş, saxlama şəraiti uyğun olmayan qida məhsulları isə "n" qədərdir. Hətta bəzi mağazalarda satılan məhsulların üzərindəki yararlılıq müddətinin saxtalaşdırılması faktları da, hər kəsə məlumdur.

Göründüyü kimi, AQTA-nın yoxlamaları və inzibati tədbirləri  hələ də belələrinə dərs olmur... 

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN