...Neftin dünya bazar qiymətində artımlar davam edir. Amma paralel olaraq isə özümüzdə yanacağın qiyməti də bahalaşır... Bəs neftin bahalaşması bizə gələcəkdə nə vəd edir??? Millət vəkili Vüqar Bayramlı fb ststusunda bu suala belə aydınlıq gətirib:
- Bu gün birjalar Brent markalı neftin bir barelini 83 dollardan baha təklif etməklə başlayıblar. OPEC+ alyansı aylıq hasilat artımının 400 min bareldən çox artırmamaqla bağlı qərarından sonra neftin qiymətində artımlar daha da sürətlənib. Bu arada Goldman Sachs neftin 1 barelinin qiymətinin dekabr ayında 90 dollara çatacağını proqnozlaşdırıb. Bankın qənaətinə görə, əgər bu qış soyuq keçərsə o zaman neftə olan gündəlik tələb əlavə 900 min barel arta bilər.
Son 3 ildə ilk dəfə olaraq Azərbaycan neftinin hər bareli dünya bazarında 85 dollardan baha satılır. Aydındır ki, neftin dünya bazar qiymətinin yüksəlməsi Azərbaycanın valyuta gəlirlərini artırır. Belə ki, bu ilin geridə qalan aylarında neftin orta qiymətindəki artımlar ölkəyə daha çox valyutanın daxil olmasına imkan yaradıb. Qeyd edək ki, Azərbaycan gündəlik xam neft hasilatının bu aydan daha 7 min barrel artıraraq 640 min barrelə çatdıracaq və ixtisarla bağlı öhdəliyin isə 78 min barrel həcmində olacaq... Maliyyə Nazirliyinin ilkin açıqlamalarında gələn ilin dövlət büdcəsində neftin qiymətinin hər barelinin 45 dollar nəzərdə tutulması təklif olunur. Bu ilin ilk 8 ayında OPEC səbətində neftin 1 barelinin orta qiyməti 65.74 dollar, avqust ayında 70.33 dollar olub. İlin sonuna doğru qiymət artımları davam edəcəyi halda 2021-ci il üçün orta illik qiymət daha yüksək ola bilər.
Təqdim etdi: A.Məmmədli

GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 October 2021
By Elçin Məmmədli

Vizual Xəbərlər

Video Xəbərlər