booked.netbooked.net booked.net  

Yunanıstan elektrik enerjisini Misirdən idxal etmək niyyətindədir, həmçinin...

TEZADLAR.AZ AzərTac-a istinadən xəbər verir ki, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis, Yunanıstanla Misir arasında elektrik kabelinin çəkilməsinin əsas məqsədinin Misirdən Avropa bazarına enerji çatdırmaq olduğunu bildirib. Mitsotakisin fikrincə, Şərqi Aralıq dənizi Aİ üçün alternativ enerji mənbəyinə çevrilə bilər. Bura həm təbii qazın, həm də elektrik enerjisinin ötürülməsi daxildir. Elektrik enerjisinin Şimali Afrikada istehsal oluna biləcəyini deyən Mitsotakis daha sonra Yunanıstan üzərindən Misirdən Avropaya kabellə ötürülə bilər. Bərpa olunan mənbələrdən enerjinin istifadəsi nəzərdə tutulur. Qeyd edək ki, oktyabrın 14-də Yunanıstan və Misirin energetika nazirləri Afinada əməkdaşlıq memorandumu imzalayıblar. Növbəti addım kabel çəkmə variantını seçməkdir. İki ölkə arasındakı qarşılıqlı əlaqə proqramına artıq 2 və 3 Qvt enerji təşkil edən iki layihə daxil edilmişdir. Xatırladaq ki, Yunanıstan Kipr və İsraillə sualtı kabel vasitəsilə əlaqə qurmağı planlaşdırır. Eyni zamanda, İsraildən Kipr və Yunanıstana elektrik enerjisinin idxalı nəzərdə tutulur. Bundan əlavə, Kipr və Misir də öz şəbəkələrini birləşdirmək üçün memorandum imzalayıblar.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN