booked.netbooked.net booked.net  

Tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı SOCAR-da aparılan kütləvi ixtisarlar zamanı müşahidə etdiyi qanun pozuntuları ilə bağlı hələ də rəsmi cavab ala bilmir...
M.Qəhrəmanlı bu barədə özünün aç səhifəsində paylaşım edib:
Cavabsız suallar :
-Niyə ixtisarlar zamanı işçilərin bilik və bacarıqlarının qiymətləndirilməsi ARƏM Maddə 65. (İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri) əsasən deyil, xüsusi imtahalar vasitəsilə aparılmışdır?
-Əmək qanunvericiliyinə zidd aparılan bu "imtahan" layihəsinin müəllifi kim olub, bunun üçün nə qədər maliyyə vəsaiti ayrılıb və əsas məqsəd nə olub?
-İmtahan suallarının əksəri imtahan olunan çəxsin ixtisasına və tutduğu vəzifəyə uyğun olmayıb. Suallar hansı qurum (şəxs, şəxslər) tərəfindən tərtib olunub?
-İxtisar sayının azaltma məqsədilə işçiləri məcburi işdənçıxma ərizəsi yazdırıb Proqrama qoşdurulublar.
-SOCAR Proqramının icraçısı olan Neftçilər Klubunun rəhbəri kimdir?
-Maliyyə mənbəyi hardandır?
-Neftçilər Klubu İB-nin (QHT) haqqında məlumat (sayt, fəaliyyət istiqamətləri, missiyası və s.) nədən ibarətdir?
Qeyd: SOCAR-da 1670 nəfər yox, daha çox sayda işçi ixtisar olunub...
*** 
Bəli, həqiqətən də müəmmalar çoxdur. Qeyd edilən sualları SOCAR-a KİV sorğusu kimi biz də göndərdik...
A.Məmmədli
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN