booked.netbooked.net booked.net  

Pandemiya zamanı cərimələnən şəxslərin cərimələrinin silinməsi üçün nəzərdə tutulan qanunverici paket Gwrcwstan Parlamentinin Bürosuna təqdim ediləcək.

Sözügedən qanunvericilik paketinin sabah qəbul olunacağı gözlənilir. Müvafiq qanun layihəsinə əsasən, pandemiya səbəbindən tətbiq olunan qaydaları pozduğuna görə cərimələnən vətəndaşlar inzibati cərimələrdən və cərimələri ödəmək öhdəliklərindən azad olunacaqlar. Bundan başqa, sözügedən qaydaları pozduğuna görə haqqında cinayət işi açılan şəxslər də amnist olacaqlar. Məlumata əsasən, 245 mindən çox vətəndaş və 344 hüquqi şəxs inzibati cərimələrdən azad ediləcək. Bu isə 76 milyon lari demekdir. Baş nazir İrakli Qaribaşvili bu qərarın pandemiya səbəbindən vətəndaşların ağır sosial-iqtisadi problemlərlə üzləşdiyini nəzərə alaraq verildiyini bildirib: "Pandemiya zamanı bir çox vətəndaşımız və həmçinin iş yerləri sosial-iqtisadi problemlər yaşadı. 2020-ci il çox çətin bir il oldu və bu cəzalar vətənaşlarımız üçün əlavə bir yükdür", - deyə Baş nazir qeyd edib.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN