Türkiyənin Demirören Xəbər Agentliyinin (DHA) operatoru Nurettin Fidancan və İhlas Xəbər Agentliyinin (İHA) müxbiri Sedat Irmak peşə borcunu yerinə yetirərkən hücuma məruz qalıb.

Belə ki, onlar Diyarbakır Bağlar'daki iki qrup arasında baş verən silahlı atışmanı çəkərkən atışmada iştirak edənlər tərəfindən təhqir edilib və fiziki hücumlara məruz qalıblar. Jurnalistlərin şəkil çəkməsinin qarşısının alındığı və təcavüzkarların DHA kameramanı Nurettin Fidancana təpik atdığı anlar kameraya düşüb. Maraqlıdır ki, hadisə yerində polis əməkdaşları olsa da,jurnalistlərə hücum edənlər saxlanılmayıb. Güneydoğu Jurnalistlər Cəmiyyəti (GGC) jurnalistlərə hücumu pisləyən bəyanat yayıb. GGC-nin verdiyi açıqlamada bu ifadələr yer alıb: "17 iyul 2021-ci ildə Diyarbakırın mərkəzi Bağlar mahalında iki qrup arasında baş verən silahlı döyüşü izləmək üçün hadisə yerinə gedən Demirören Xəbər Agentliyi (DHA) operatoru Nurettin Fidancan və İhlas Xəbər Agentliyinin (İHA) müxbiri Sedat İrmak fiziki cəhətdən və döyüşə qatılan bir qrup tərəfindən fiziki hücuma məruz qalıb. Təşkilat jurnalistlərə hücumu qətiyyətlə pisləyir".

A.Məmmədli


GÜNDƏM

Jurnalistler


IMAGE
Kırık Kodlar
Monday, 26 July 2021
By Salih KURT

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA