Vəkillik müqəddəs peşələrdən biridir. Məsələn, millət vəkili seçicilərinin, hüquqi səlahiyyətləri həyata keçirən vəkil isə müvəkkilinin hüquqlarını müdafiə edir. Millət vəkillərinin eləsini tanıyırıq ki, məsələn, Bəxtiyar Sadıqov kimi, seçicilərinin sifətini belə tanımır, hətta yaşadıqları kəndin yollarını... Amma vəkillər müqavilə bağladıqları müvəkkillərinin hüquqlarını qorumaq üçün bəzən əsl mübariz rolunda olurlar...
Akif Əlizadənin bu barədə maraqlı açıqlaması var. Aşağıda təqdim edirik:
-Vəkillik fəaliyyətimdə heç zaman icaatımda olan işləri ictimailəşdirmədim, yaxud da xeyli sayda uğurla başa vurduğum, ədalətin zəfər çaldığı cinayət və mülki işlər barədə məlumat yaymadım. İndi icraatımda olan bir neçə işlə bağlı buradan səlahiyyət sahiblərinə müraciət etmək məcburiyyətində qalmışam. Niyə? Ona görə ki, məlum pandemiya səbəbindən heç bir vəzifəlinin qəbulu yox ki müvəkillərimizin üzləşdiyi özbaşınalıqları onlara catdıraq. Əlac qalır online müraciətlərə və poçtla göndərilən şikayətlərə. Ancaq min təəəsüf ki, belə çoxsaylı şikayətlərə də baxan yoxdur. İnanın problem o qədər ciddidir ki, fikirləşdim bəlkə sosial media vasitəsilə nəyəsə nail ola biləm. Hazırda maraqlananları yormamaq üçün qanunsuzluğun tüğyan etdiyi coxsaylı işlərdən biri haqqında məlumat verəcəm. Növbəti günlərdə digər işlər barədə də məlumatlar yayacam.
Beləliklə əhvalat haqqında qısa məlumat:
2020-ci ilin mart-aprel aylarında Şamaxı rayonunun Çabanı kəndində meyvə bağından təxminən 1500 ədədə yaxın ağac oğurlanır. Oğurluqda ən azı 2-3 nəfərin icraçı kimi, 2 nəfərin də təşkilatçı kimi iştirak etməsi təxmin edilir. Zərərçəkmiş tərəfin çoxsaylı şikayətlərindən və özlərinin oğrunu “tapıb” polisə “təhvil verməsindən” sonra polisin istintaqçısı əvvəllər dəfələrlə məhkum olunmuş birisini məsuliyyətə alıb məhkəməyə verir. Ancaq işin bu tərəfi bir yana, ən maraqlısı cinayət işi materiallarının istintaqçıların otağında “naməlum şəxs” tərəfindən saxtalaşdırılması olur.
2020-ci ilin avqsut ayında zərərçəkmiş tərəfə telefonla xəbər verilir ki, işə məhkəmədə baxılır və onlar da gəlib iştirak edə bilərlər. Mən zərərçəkmiş tərəfin vəkili kimi işi aparan istintaqçıya telefonla zəng edir və iradımı bildirirəm ki, axı iş üzrə zərərçəkmiş tərəf cinayət işinin materialları tanış olmayıb, siz nə vaxt ibtidai istintaqı yekunlaşdırıb işi məhkəməyə ötürdüz? İstintaq bölməsinin rəisi çox sadə cavab verir: Dünya dağılmayıb ki, gedin məhkəmədə iş materialları tanış olun daa! Biz də istintaqçının qızıldan qiymətli tövsiyəsinə əməl edib məhkəmə iclasından əvvəl cinayət işinin materialları ilə tanış oluruq. Və nə görsək yaxşıdır?
a) müstəntiqin xidməti kabinetində hansısa “naməlum şəxs” saxta protokollar tərtib edərək öz xətti ilə ibtidai istintaqın qurtarması və cinayət işinin materialları ilə tanış olma protokolları yazmış və zərərçəkmiş şəxslərin adından imzalar etmişdir.
b) həmin “naməlum şəxs” zərərçəkmiş şəxslərin 15 və 19 aprel 2020-ci il tarixlərdə verdiyi ifadələrinin onların öz imzaları olan 1-ci səhifəsinə toxunmamış, ancaq 2-ci səhifəni sonradan dəyişdirərək ifadələrini dəyişmiş, daha sonra ikinci səhifəyə zərərçəkmiş şəxslərin əvəzindən özü imza etmişdir.
v) həmin “naməlum şəxs” işdə olan mütəxəsis rəyini guya zərərçəkmiş şəxslərə elan etmiş və onların əvəzindən özü rəylə tanış olma protokoluna imza etmişdir.
q) həmin “naməlum şəxs” hər iki zərər çəkmiş şəxsin adından saxta ərizələr hazırlamış, özü imza etmiş və onu “rəsmi qaydada” polis şöbəsinə təqdim edərək qeydiyyatdan keçirmiş və bu ərizələrdə göstərmişdir ki, cinayət işi üzrə zərərçəkmiş şəxslərə dəymiş zərər odənilmişdir.
d) və sair və sair.
Həmin “naməlum şəxsin” saxtakarlıqı Şamaxı rayon məhkəməsinin təyin etdiyi məhkəmə ekspertizasının rəyi ilə təsdiqini tapdığından məhkəmə işə baxmır və onu 2020-ci ilin sentyabr ayında Şamaxı rayon prokurorluğuna qaytarır ki, prokuror baş verən total pozuntulara zəruri qiymət versin və obyektiv, tam və hərtərəfli ibtidai istintaq aparılsın.
Üstündən 11 ay keçib, bir dənə də olsun istintaq hərəkəti aparılmayıb. Heç kimə gözün üstə qaşın var deyən olmayıb. Əksinə, zərərçəkmiş tərəfin “acığına” həmin “naməlum şəxs” bu dəfə cinayət işini seyfinə qoyub üstünü də basdırıb ki, kimsə onu tapmasın.
Bu müddətdə 3 dəfə cap variantında, 4 dəfə online və 1 dəfə də teleqramla Baş Prokurorluğa şikayətlər etdik ki, hörmətli cənablar, siz ki polisdə ibtidai istintaqın aparılmasına nəzarət edirsiz, qanunun aliliyinin təmin olunması üçün səlahiyyətlərinizdən istifadə edin. Heç bir nəticə yoxdu.
İndi görək burdan etdiyimiz müraciətin taleyi necə olacaq?

GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 21 September 2021
By Elçin Məmmədli
IMAGE
KIRIK KODLAR
Monday, 30 November -0001
By Salih KURT

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA