Aprelin 5-də  (bu il) Şəmkir rayonu, İrmaşlı kənd sakini 1966-cı il təvəllüdlü Aybəniz Alıyevanın yaşadığı evdə qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Baş Prokurorluğa istinadən bildiririk ki, Şəmkir rayon Prokurorluğundan verilən məlumatına görə, istintaqla müəyyən edilib ki, zərərçəkmişin qohumu və həmkəndlisi Rəşad Tağıyev qeyd edilən tarixdə quldurluq niyyəti ilə Aybəniz Alıyevanın yaşadığı evə qanunsuz daxil olub, silah qismində istifadə etdiyi müxtəlif əşyalarla çoxsaylı xəsarətlər yetirərək sonuncunu xüsusi amansızlıqla qəsdən öldürüb.

Rəşad Tağıyev Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və 181.3.3-cü (quldurluq) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

ELBAR


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 21 September 2021
By Elçin Məmmədli
IMAGE
KIRIK KODLAR
Monday, 30 November -0001
By Salih KURT

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA