Goranboyda qanlı hadisəni törədən də, qətlin səbəbi də bilindi... 

Belə ki, Goranboy ​​​​​​​Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru, 1958-ci il təvəllüdlü Əhmədov Ziyad Ələs oğlu iş otağında bıçaqlanaraq qətlə yetirilib. Və onu  qətlə yetirən şəxsin Bağırov Mirhadi Mirtağı oğlu olduğu bəlli olub. 29 yaşlı Mirhadi Bağırov Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzində mühasib işləyib. Hadisənin iş mübahisəsi zəminində baş verdiyi bildirilir. Məlumata görə, Mirhadi Bağırov təqaüddə olan polis polkovnik-leytenantı Mirtağı Bağırovun oğludur. Mirtağı Bağırov uzun illər Goranboy rayon Polis Şöbəsində çalışıb.

Sosial şəbəkələrdə yayılan məlumata görə, direktor bir müddət imiş mühasibi işindən kənarlaşdırmaq istəyib. Ardınca isə maliyyə yoxlaması başladıb. Direktor Ziyad Əhmədov bütün günahı onun boynuna qoyub, nəticədə tərəflər arasında xeyli vaxt imiş mübahisə yaranıbmış... Nəticə isə qanla bitib...

A.Məmmədli


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 October 2021
By Elçin Məmmədli

Vizual Xəbərlər

Video Xəbərlər