booked.netbooked.net booked.net  

Bu gün Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin məhkəməsi başlayıb.

Gürcüstan KİV-nin məlumatına görə, bununla bağlı ölkənin Birinci Kanalı məlumat yayıb. Məhkəmə iclasında  Saakaşvili Prokurorluğu və Gürcüstan məhkəmə sistemini tanımadığını bildirib: "Mən Prokurorluğu və Gürcüstan məhkəmə sistemini tanımıram, mən buraya əvvəlcədən yazılmış komediyanın bir hissəsi olmaq üçün gəlməmişəm", - deyə Saakaşvili bildirib.

Hakimlər məhkəmə zalında iştirak etməsinə və görüntüləri yaymağa yalnız Birinci Kanala icazə verib. Saakaşvilinin vəkillərindən biri Şota Tutberidze bir neçə dəqiqə ərzində məhkəmə zalından canlı yayım açsa da hakimlər onun bu yayımını dayandırıblar.

Qeyd edək ki,  Mixeil Saakaşvilinin tərəfdarları Tbilisidə mərkəzi yollardan birini bağlayıblar. Son məlumatlara görə, məhkəmə binasının yaxınlığındakı beton məhəccərə dırmanmağa çalışan etirazçılara polis icazə verməyib. Bundan sonra polis və etirazçılar  arasında fiziki qarşıdurma yaranıb, xəsarət alanların olduğu bildirilir.

Bəzi aksiyaçıların polisə butulkalar atdığı, polisin isə aksiyaçılara qarşı gözyaşardıcı qazdan istifadə etdiyi bildirilir.

Qeyd edək ki, Gürcüstan DİN yaydığı bəyanatda aksiyanın təşkilatçılarını və siyasi liderləri zorakılığa yol verməməyə çağırıb.

Xatırladaq ki, Saakaşvili 2007-ci il noyabrın 7-də nümayişçilərin kütləvi şəkildə dağıdılmasında, İmedi TV-yə müdaxilədə və iş adamı Badri Patarkatsişvilinin əmlakını cinayətlə ələ keçirməkdə ittiham edilir.

Gürcüstanın keçmiş prezidentinə qarşı Gürcüstan Cinayət Məcəlləsinin fiziki və ya hüquqi şəxsin, cəmiyyətin və ya dövlətin hüquqlarının əsaslı şəkildə pozulmasına səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadəni nəzərdə tutan 333-cü maddəsinin üçüncü hissəsi ilə ittiham irəli sürülüb. Sözügedən cəza 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN