Bu gün eks prezident Mixeil Saakaşvilinin işi üzrə növbəti məhkəmə iclası keçiriləcək. İclas

Tbilisi Şəhər Məhkəməsində saat 12:00-da başlayacaq. Məhkəmə işi 2007-ci ilin noyabrın 7-də müxalifətin mitinqinin zorla dağıdılması, “İmedi” teleşirkətinə müdaxilə və iş adamı Badri Patarkatsişvilinin əmlakının qanunsuz olaraq ələ keçirilməsi ilə bağlıdır. Xatırladaq ki, M. Saakaşvili ötən ilin sentyabrın 28-də Gürcüstana qeyri-qanuni yolla daxil olub və oktyabrın 1-də Tbilisidə saxlanılıb. Siyasətçi hazırda Rustavi şəhərindəki 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.

Ölkənin siyasi rəhbərliyi beynəlxalq təzyiqlərə baxmayaraq onun azad edilməsinə tələsmir...

A.Məmmədli