Gürcüstanda son günlər baş verən siyasi proseslər diqqəti çəkməyə bilməz. Etiraz aksiyalarının baş verməsi ilə  vəziyyət az qala nəzarətdən çıxır. Ayrı-ayrı siyasi qüvvələrin təşkil etdiyi etiraz aksiyaları bunu deməyə əsas verir. Bəs nə baş verir? Avropa istiqamətli Gürcüstana Rusiyanın təsir vasitələri də başadüşüləndir. Dünən ABŞ-ın Gürcüstandakı səfəirinin bəyanatı da, zənnimcə, bundan qaynaqlanır. "İndi baş verənlər ya Rusiyanın dezinformasiyasıdır, ya da Rusiya üçün əlverişli bir məqamdır. Hesab edirəm ki, bu barədə diqqətli olmalıyıq".

 ABŞ-ın ölkədəki səfiri Kelli Deqnan Baş nazir Qaribaşvilinin açıqlamasına münasibət bildirərkən bunları sğyləyib. Səfir deyib ki, sanksiyalar məsələsi Birləşmiş Ştatların tətbiq etdiyi bir vasitətdir, ancaq konkret məqamda ABŞ fikir ayrılıqlarının danışıqlar vasitəsilə həllinin tərəfdarıdır: "Mənim və həmçinin ABŞ dövlət departamentinin mətbuat xidmətinin rəhbərinin də qeyd etdiyi kimi, sanksiyalar konkret bir vasitədir. Biz əlbəttə ki, istənilən halda fikir ayrılığının müxtəlif dialoq vasitələri ilə aradan götürülməsinin tərəfdarıyıq. Dialoq məsələlərin uzunmüddətli perspketivdə həllini nəzərdə tutan bir vasitədir", səfir K. Deqnan belə deyib.

Bəs səfirin üstüörtülü söylədiyi bu fikirlərə səbəb nədir? Bir sözlə, Gürcüstanda nə baş verir? Məsələ ondadır ki, ABŞ dövlət departamentinin mətbuat xidmətinin rəhbəri ötən gün verdiyi bəyanatda Gürcüstan hökumətinin Ali məhkəmə hakimlərinin seçilməsi ilə bağlı həyata keçirdiyi fəaliyyətdən təəssüfləndiyini bildirib. O, Şarl Mişelin vasitəsilə imzalanmış sənədi tam olaraq yerinə yetirməyə çağırıb.

Dünən isə  Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ABŞ-ın bu mövqeyinə münasibət bildərərk deyib ki, bu məsələyə görə Gürcüstana qarşı sanksiyalar tətbiq etmək Rusiyanın maraqlarına xidmət edir.

Bir tərəfdən Gürcüstanla Rusiyanın münasibətləri bəlli ikən, ABŞ-ın Ali Məhkəmə hakimlərinin seçilməsinə görə Gürcüstana sanksiya tətbiqi çıxılmaz vəziyyət yaradıb. Necə deyərlər, aşağı baxırsan saqqaldır, yuxarı baxırsan bığ!

A.Məmmədli

 


GÜNDƏM

Jurnalistler


IMAGE
Kırık Kodlar
Monday, 26 July 2021
By Salih KURT

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA